“AzParking” sürücülərə müraciət etdi
11 Noyabr 2026, 16:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
904
20.05.2026, 23:36
Xəbər verdiyimiz kimi, Qarabağ Universitetində kənd təsərrüfatı fakültəsinin binasının tikintisi ilə bağlı hazırlıqlara başlanılıb.
Sözügedən universitetdə belə bir fakültənin açılması aqrar sahədə kadr məsələsinə öz təsirini necə göstərəcək?
Oxu24.com mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd etdi ki, bu, çox gözəl bir təşəbbüsdür:
"Çünki işğaldan azad olunan torpaqlarımızda kənd təsərrüfatı sahəsində işlərin görülməsi mütləqdir. Bu ərazilərdə kənd təsərrüfatına yararlı torpaqlarımız var və bu istiqamətdə Qarabağ Universitetində də hesab edirəm ki, bu ixtisasların açılması həm Qarabağ Universitetinə müəyyən canlıq qatacaq, həmçinin də kənd təsərrüfatı sahəsində müəyyən bir irəliləyişin olacağından xəbər verir".
Həmsöhbətimizin fikirincə, kənd təsərrüfatı gələcəyə yönəlmiş bir ixtisasdır, çünki süni intellekt artıq yavaş-yavaş bəzi ixtisasları ixtisar edəcəyi üçün ixtisarda olan kadrlar avtomatik kənd təsərrüfatına yönələcək:
"Ona görə də 5-10 il sonra kənd təsərrüfatının çox aktual olacağı, kənd təsərrüfatı sahəsinin canlanacağı ehtimal olunur. Bu da istər-istəməz Azərbaycanda gözəl kadrların formalaşmasına, yaxşı mütəxəssislərin təhsil alıb mütəxəssis kimi kadr çatışmazlığının aradan qaldırılmasına müsbət təsir verəcək və öz töhfəsini verəcək. Qarabağ Universiteti kimi bir universitetdə bu ixtisasların açılması əlbəttə ki, kadr çatışmazlığının müəyyən qədər qarşısını almış olacaq. Mütəxəssis kadrların yetişməsində xüsusi rol oynayacaq".Redaktor.az
16:07 / 11 Noyabr 2026
29
16:04 / 11 Noyabr 2026
38
16:01 / 11 Noyabr 2026
42
16:00 / 11 Noyabr 2026
34
15:50 / 11 Noyabr 2026
52
15:50 / 11 Noyabr 2026
51
15:40 / 11 Noyabr 2026
50
15:31 / 11 Noyabr 2026
207
15:27 / 11 Noyabr 2026
397
15:13 / 11 Noyabr 2026
97
15:07 / 11 Noyabr 2026
131
14:51 / 11 Noyabr 2026
107
14:43 / 11 Noyabr 2026
164
14:39 / 11 Noyabr 2026
164
14:36 / 11 Noyabr 2026
100
14:26 / 11 Noyabr 2026
260
14:13 / 11 Noyabr 2026
758
13:58 / 11 Noyabr 2026
285
13:54 / 11 Noyabr 2026
556
13:48 / 11 Noyabr 2026
156
13:44 / 11 Noyabr 2026
224
13:41 / 11 Noyabr 2026
116
13:33 / 11 Noyabr 2026
280
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.