Xəzər çəkildi, qəbirlər üzə çıxdı — 2040-cı ilə qədər... (FOTO)
31 Yanvar 2026, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
895
18.01.2020, 05:58
Qışda soyuqdəymədən qorunmağın ən dadlı vasitələrindən biri də baldır. Lakin bizi çox vaxt bir problem narahat edir. Görəsən aldığım bal xalisdirmi?
Redaktor.az xalis balı ayırd etməyin üsullarını təqdim edir.
Balın arı şanı balı, şabalıd balı, pətək balı, şam balı, kəklikotu balı və s. növləri var. Ən keyfiyyətli bal saf və nisbətən qatı olan baldır. Bu faydalı təam qlükoza, fruktoza, dəmir, kalsium, fosfat, natrium, xlor, kalium, maqnezium kimi minerallardan ibarətdir. Ay B1, B2, B3, B5, B6 vitaminləri ilə olduqca zəngin qida qaynağıdır. Buna görə balın güclü antiseptik, antibakterial xüsusiyyəti vardır. Bu xüsusiyyəti sayəsində bir çox xəstəliklərin qarşısını alır. Bal çox güclü enerji qaynağıdır. Qida dəyəri yüksək olan bal, qan azlığından əziyyət çəkənlər üçün əla vasitədir. Bədəni və gözləri qüvvətləndirir, boğaz ağrıları və iltihablarda faydalıdır, mədə və bağırsaqlardakı yaralara xeyirlidir, əsəbləri sakitləşdirir. Bal güclü ürək döyüntüsü və yüksək təzyiqdən qoruyur. Qanı təmizləyir, qan dövranını yaxşılaşdırır, damar sərtliyinə faydalıdır. Südə qarışdırılmış bal bağırsaqdakı parazitləri məhv edir. Bal yaraların tez sağalmasına kömək edir. İlıq su ilə qarışdırır, şərbət hazırlayaraq içilsə, bir neçə dəqiqədə qana qarışaraq bədənə enerji verir.
Şərbəti ilə qarqara boğazı rahatlaşdırır. Qeyd edək ki, 1 yaşına kimi uşaqlara bal verilməsi məsləhət görülmür. Bundan əlavə balın kosmetoloji faydaları da var. Təbii arı balı dərinin gözəlliyi üçün, əvəzsiz vasitədir: dərini nəmləndirir, yumşaldır və qidalandırır. Hazırda satışda baldan hazırlanmış, müxtəlif şampunlar, sabunlar, kremlər və digər kosmetoloji vasitələrə rast gəlmək olar.
Həmçinin oxuyun
Əziz oxucularımız, bal seçimində xarlanan ballara daha çox üstünlük verməliyik. Balın yüz illərlə xarab olmadan qalmasının səbəbi xarlanmasıdır. Xarlanmış bal heç vaxt öz keyfiyyətini itirmir. Həmçinin, bu şirin qidanı alarkən, olduqca diqqətli davranmalıyıq.
Mütləq etibar etdiyimiz, sınanmış mənbələri seçməliyik. Çünki, çox vaxt şəkər ilə düzəldilmiş və ya qatışdırılmış bal satan hiyləgərlərə aldanıb, yanlış seçim edirik.
Təqdim etdiyimiz üsullarla aldığınız balın xalis olub-olmadığını asanlıqla yoxlaya biləcəksiniz. Balı qaşıqla götürdükdən sonra, qaşığı çeviririk, bal qırılmırsa, deməli heç bir qatqısı yoxdur.inci üsul isə balın qoxusuna görə ayırd edilməsidir. Məsələn şam balından mütləq şam ətiri gəlməlidir. Süni hazırlanmış balların isə heç bir qoxusu olmur.
21:19 / 01 Fevral 2026
81
20:51 / 01 Fevral 2026
68
20:44 / 01 Fevral 2026
144
20:40 / 01 Fevral 2026
102
20:19 / 01 Fevral 2026
208
19:59 / 01 Fevral 2026
959
19:31 / 01 Fevral 2026
279
19:04 / 01 Fevral 2026
146
17:55 / 01 Fevral 2026
173
17:21 / 01 Fevral 2026
1552
17:19 / 01 Fevral 2026
188
17:04 / 01 Fevral 2026
184
16:49 / 01 Fevral 2026
475
16:47 / 01 Fevral 2026
95
16:26 / 01 Fevral 2026
262
16:14 / 01 Fevral 2026
209
16:06 / 01 Fevral 2026
152
15:51 / 01 Fevral 2026
178
15:30 / 01 Fevral 2026
1219
14:59 / 01 Fevral 2026
179
13:45 / 01 Fevral 2026
127
13:27 / 01 Fevral 2026
95
13:20 / 01 Fevral 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.