İran İslam Respublikasının qədim tarix müəmması
28 Yanvar 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1029
01.01.2020, 19:30
"Kingsmart"dan alınan məhsula fərqli paketlənmə tarixi qoyulub.
Bu barədə həmin marketin Lökbatan filialından alış-veriş edən vətəndaş Oxu24.com -un redaksiyasına şikayət məktubu ünvanlayıb. Şikayətçi, marketdən aldığı “Bismak" vafliyə iki ədəd paketlənmə tarixi vurulduğunu qeyd edib. Belə ki, o, məhsulun üstündə olan tarix kağızının altında daha bir tarix kağızı olduğunu görüb. Altda yapışdırılan kağızda məhsulun paketlənmə tarixi 05.10.2019 göstərildiyi halda, üstdəki etiketdə bu müddət 05.12.2019 olaraq göstərilib.
Məsələ ilə bağlı “KINGSMART” Lökbatan filialının müdiri Rəşad Kərimov Lent.az -a münasibət bildirib. Filial müdiri qeyd olunan tarixin istehsal yox, paketlənmə tarixi olduğunu qeyd edib:
“Müştərinin aldığı məhsul çəki ilə satılır. Həmin vaflilər 500 qram çəki ilə yığılaraq qablaşdırılıb. Üzərində olan tarix isə məhsulun istehsal yox, paketlənmə tarixidir. Paketlənmə tarixi kassada etiketin oxunması məqsədilə dəyişdirilib. Ola bilər ki, altda qalan etiket korlanıb və kassada oxunmayıb. Buna görə də onun yenilənməsinə ehtiyac duyulub. Məhsulun son istifadə müddəti həmin tarixdən etibarən 6 ay təşkil edir. Marketimizdə ümumiyyətlə vaxtı ötmüş mallar satılmır”.
Həmçinin oxuyun
Göründüyü kimi, filial müdiri qeyd olunan məhsulun son istifadə müddətinə hələ 6 ay qaldığını bildirir. Beləliklə, onun sözlərindən görünən odur ki, paketlənmə tarixinin dəyişdirilməsi ilə həm də son istifadə tarixi də dəyişdirilib. Yəni, reallığa əsasən, artıq aprelin sonlarında vaxtı keçən vafliləri insanlar aldanaraq almalı olacaqdı.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az -a danışıb. Sədr market tərəfindən edilən bu hərəkətin Nazirlər Kabinetinin qərarını pozduğunu bildirib:
“Sözügedən fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 saylı qərarının kobud şəkildə pozulması deməkdir. Qərarda göstərilir ki, məhsul qablaşdırılarkən üzərində istehsal və son istifadə tarixi qeyd olunmalıdır. Burada isə son istifadə tarixi göstərilməyib. Bu azmış kimi məhsulun paketlənmə tarixi də dəyişdirilib. Qeyd olunan problemin tez-tez şahidi oluruq”.
02:29 / 30 Yanvar 2026
23
01:14 / 30 Yanvar 2026
60
01:02 / 30 Yanvar 2026
68
00:49 / 30 Yanvar 2026
227
00:47 / 30 Yanvar 2026
67
00:36 / 30 Yanvar 2026
89
23:39 / 29 Yanvar 2026
72
23:32 / 29 Yanvar 2026
62
23:27 / 29 Yanvar 2026
87
23:22 / 29 Yanvar 2026
70
23:14 / 29 Yanvar 2026
73
23:09 / 29 Yanvar 2026
66
23:01 / 29 Yanvar 2026
856
22:54 / 29 Yanvar 2026
91
22:54 / 29 Yanvar 2026
82
22:52 / 29 Yanvar 2026
157
22:42 / 29 Yanvar 2026
58
22:38 / 29 Yanvar 2026
93
22:37 / 29 Yanvar 2026
61
22:26 / 29 Yanvar 2026
63
22:20 / 29 Yanvar 2026
62
22:19 / 29 Yanvar 2026
82
22:09 / 29 Yanvar 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.