İran İslam Respublikasının qədim tarix müəmması
28 Yanvar 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
837
26.12.2019, 02:57
Rusiya prezidentinin şef-aşpazı Anatoliy Qalkin Vladimir Putinin sevimli yeməkləri, gündəlik rasionu və qida seçimi barədə məlumatları açıqlayıb.
Medicina.az xəbər verir ki, 67 yaşlı Putin səhərlər düyü sıyığı, arada buğda sıyığı yeyir. Eləcə də bəzən səhərlər çiy bildirçin yumurtası içir. Meyvələrdən az yesə də, quru meyvələr həmişə masada olmalıdır.
Putin qara kürüdənsə, qırmızı kürüyə üstünlük verir. Onun yemək masası arxasında fotolarının çoxunda qırmızı kürü masada görünür.
Prezident sadə insanlarla və xüsusi görüşlərdə nahar edərkən mütləq borş, salo və pomidor, balıq uxası sifariş edir. Bununla o, rus mətbəxini təbliğ edir.
Qırmızı ətdənsə, Putin balıq və quzu ətinə üstünlük verir.
Şirniyyatı sevmir, konfet, tort, şokolad demək olar yemir, bircə dondurmadan başqa.
Dietoloqlar səhərlər liderin düyü sıyığı yeməsini ona səhər tezdən daha çox enerjili olub, iş mühitinə atılması üçün lazım olduğunu vurğulayıb.

Həmçinin oxuyun
Çiy yumurta içməyi isə sıravi vətəndaşlar sınamasın. Ola bilər prezident içdiyi yumurtanın təhlükəsiz və təzəliyinə əmindir.
Ümumiyyətlə, Putin mədəyə ağırlıq etməyən, tez həzm olunan, lakin uzun müddət toxluq verən menyu seçib.
Quzu əti mal ətindən daha faydalıdır, sinir sistemi və beynin işini gücləndirir.
Şəkərdən uzaq olması isə Putinin ürək-damar sistemi, hormonal tarazlığı üçün müsbətdir.
Çörək az yeyir, çörək yalnız tam taxıldan olmalıdır, kompot, kisel, təmiz meyvə, giləmeyvə likörü, bitki çayı, yalnız yaşıl çay içir.
Prezident ümumiyyətlə, təzə, sağlam nə yemək oldu yeyir, xüsusi qadağası yoxdur, yeməyə çox vaxt sərf etmir.


10:24 / 29 Yanvar 2026
1
10:23 / 29 Yanvar 2026
7
10:09 / 29 Yanvar 2026
43
10:03 / 29 Yanvar 2026
29
09:36 / 29 Yanvar 2026
61
09:35 / 29 Yanvar 2026
56
08:33 / 29 Yanvar 2026
94
03:57 / 29 Yanvar 2026
146
02:14 / 29 Yanvar 2026
174
02:12 / 29 Yanvar 2026
116
02:11 / 29 Yanvar 2026
167
02:08 / 29 Yanvar 2026
279
02:06 / 29 Yanvar 2026
90
02:02 / 29 Yanvar 2026
613
01:53 / 29 Yanvar 2026
181
01:46 / 29 Yanvar 2026
159
01:42 / 29 Yanvar 2026
265
01:33 / 29 Yanvar 2026
136
01:30 / 29 Yanvar 2026
89
01:23 / 29 Yanvar 2026
128
01:16 / 29 Yanvar 2026
961
01:13 / 29 Yanvar 2026
124
01:09 / 29 Yanvar 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.