"Bit bazarı"ndan divan aldı, 191 min dollar qazandı
11 Noyabr 2026, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
696
09.04.2026, 18:20
Saatlarla qulaqcıqdan istifadə etmək artıq bir çox insan üçün adi vərdişə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş təkcə qulaq sağlamlığına deyil, həm də beyin və sinir sisteminə ciddi təsirlər göstərə bilər.
Nevroloq Jalə Qarayevanın Oxu24.com-a verdiyi məlumata görə, uzun müddətli və fasiləsiz səsə məruz qalmaq bir sıra nevroloji problemlərə yol açır.
Mütəxəssis bildirir ki, ilk növbədə “sensor yüklənmə” baş verir. Yəni, beyin davamlı səs axınına məruz qaldıqda eşitmə mərkəzləri həddindən artıq yüklənir. Bu isə yorğunluq, baş ağrısı, əsəbilik və diqqət dağınıqlığı ilə nəticələnir.
Digər mühüm məqam dopamin təsiri ilə bağlıdır. Musiqi dinləmək qısa müddətdə beyində dopamin ifrazını artıraraq xoş hiss yaradır. Lakin uzun müddət qulaqcıq istifadə edən insanlarda beyin bu stimula alışır. Nəticədə səssiz mühit darıxdırıcı görünür və müəyyən asılılıq formalaşa bilər.
Bundan əlavə, beyin damarlarında spazm yaranması ehtimalı da var ki, bu da tez-tez baş ağrıları ilə özünü göstərə bilər.
Qulaqcıqların birbaşa eşitmə sisteminə təsiri isə daha ciddi nəticələr doğura bilər. Eşitmə sinirinin zədələnməsi geri dönməz eşitmə itkisinə səbəb ola bilər. Həmçinin tinnitus – yəni qulaqda cingilti, səs və ya uğultu hissi yarana bilər ki, bu da xüsusilə gecə saatlarında daha çox narahatlıq yaradır.
Mütəxəssis əlavə edir ki, bəzi hallarda vestibulyar sistem də təsirlənir. Bu zaman baş gicəllənməsi və balans pozğunluğu kimi əlamətlər müşahidə oluna bilər.
Nevroloqlar tövsiyə edir ki, qulaqcıq istifadə zamanı səs səviyyəsi normada saxlanmalı, uzun müddətli fasiləsiz istifadədən qaçınılmalı və mütəmadi fasilələr verilməlidir.
Nigar
14:15 / 12 Noyabr 2026
62
14:04 / 12 Noyabr 2026
212
13:59 / 12 Noyabr 2026
190
13:55 / 12 Noyabr 2026
72
13:45 / 12 Noyabr 2026
139
13:36 / 12 Noyabr 2026
174
13:29 / 12 Noyabr 2026
80
13:21 / 12 Noyabr 2026
93
13:20 / 12 Noyabr 2026
124
13:18 / 12 Noyabr 2026
374
13:16 / 12 Noyabr 2026
119
13:07 / 12 Noyabr 2026
347
13:04 / 12 Noyabr 2026
78
13:00 / 12 Noyabr 2026
77
12:40 / 12 Noyabr 2026
78
12:25 / 12 Noyabr 2026
109
12:05 / 12 Noyabr 2026
115
11:55 / 12 Noyabr 2026
119
11:50 / 12 Noyabr 2026
135
11:36 / 12 Noyabr 2026
123
11:35 / 12 Noyabr 2026
118
11:34 / 12 Noyabr 2026
181
11:31 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.