Göy üzü niyə mavidir? -MARAQLI SƏBƏB
06 İyul 2026, 22:00
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
573
07.04.2026, 14:53
Arxeoloq Saleh Qazıyev haqqında maraqlı məlumatı təqdim edirik:
Tarix dərsliklərində adı yalnız Mingəçevirdəki araşdırmalarla bağlı bir cümlə ilə xatırlanan Saleh Mustafa oğlu Qazıyev 1893-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində doğulub.
Əvvəlcə mollaxanada, sonra isə kənddə açılmış "Rövzətül-maarif" adlı məktəbdə oxuyub.
1928–1932-ci illərdə Bakı şəhərində Pedaqoji İnstitutda, 1935–1938-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasında oxuyub.1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülüb.
S.Qazıyev həyatının ilk dövrünü xalqın maariflənməsinə həsr edib, 1916–1922-ci illərdə Şəki qəzasının Filfilli kəndində, 1925–1928-ci illərdə Nuxa pedaqoji texnikumunda, 1928–1932-ci illərdə Bakı məktəblərində, 1932–1933-cü illərdə Ağdaş pedaqoji texnikumunda müəllimlik edib, direktor müavini və direktor olub, Nuxa və Ağdaş şəhərlərində maarif şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, 1934–1947-ci illərdə Azərbaycan SSR Tarix Muzeyinin elmi işçisi, 1947–1952-ci illərdə direktoru, 1952–1954-cü illərdə EA Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbəsinin rəhbəri olub. S.Qazıyev Mingəçevir arxeoloji ekspedisiyasına (1946–1953-cü illər) başçılıq edib.Sayı 20 mindən çox olan Mingəçevir abidələrinin ilk dəfə arxeoloji təsnifatını verib. O, 40-dan çox elmi əsərin və məqalənin müəllifidir.
Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsər olan "Azərbaycan arxeologiyası"nın müəlliflərindən biridir. "Azərbaycanın maddi mədəniyyəti" silsiləsinin 4 cildi onun redaktəsi ilə hazırlanıb. "Azərbaycanın qədim abidələri" (1948), "Qədim Mingəçevir" (1950) əsərləri, "Mingəçevir küp qəbirləri" (1960) albomunun müəllifidir.
Saleh Qazıyev 17 iyul, 1971-ci ildə Bakıda vəfat edib...
ALLAH RƏHMƏT ELƏSİN!
Müəllif: Tarixçi Namiq Həsənov
09:59 / 07 İyul 2026
1
09:58 / 07 İyul 2026
90
09:38 / 07 İyul 2026
234
09:34 / 07 İyul 2026
58
09:27 / 07 İyul 2026
41
09:24 / 07 İyul 2026
53
09:16 / 07 İyul 2026
188
09:11 / 07 İyul 2026
147
09:08 / 07 İyul 2026
48
00:44 / 07 İyul 2026
148
00:18 / 07 İyul 2026
658
00:16 / 07 İyul 2026
156
00:12 / 07 İyul 2026
145
00:10 / 07 İyul 2026
312
00:02 / 07 İyul 2026
140
23:56 / 06 İyul 2026
248
23:56 / 06 İyul 2026
133
23:46 / 06 İyul 2026
698
23:41 / 06 İyul 2026
268
23:32 / 06 İyul 2026
312
23:08 / 06 İyul 2026
1422
23:02 / 06 İyul 2026
634
22:53 / 06 İyul 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.