Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto
12 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
765
14.03.2026, 23:30
Hindistan və Pakistan bir-birinə hər zaman düşmən olmayıblar. Onlar 1947-ci ildə eyni ölkədən yaranıblar.
Oxu24.com xəbər verir ki, Britanya-Hindistanı bölünəndə bu proses tələsik, zorakılıqla və xaos içində baş verdi.
Milyonlarla insan yerindən didərgin düşdü və bir məsələ həll olunmadan qaldı.
Kəşmir, müsəlmanların çoxluq təşkil etdiyi bu bölgə hər iki tərəfdən iddia edildi və demək olar ki, dərhal uğrunda döyüşlər başladı.
O vaxtdan bəri Hindistan və Pakistan əsasən Kəşmir uğrunda bir neçə müharibə aparıblar və bu sərhədi yer üzünün ən hərbiləşdirilmiş zonalarından birinə çevirib.
Daha sonra nüvə silahları ortaya çıxdı. Hər iki ölkə nüvə gücünə çevrildi və bu qarşıdurma daimi gərginlik vəziyyətinə kilitləndi.
Kəşmir bu gün Hindistan, Pakistan və Çin arasında bölünmüş bir ərazi kimi tanınır və uzun illərdir bu üç ölkə arasında davam edən mübahisə və qarşıdurmaların mənbəyidir.
Hindistan, Pakistan və Çin sərhədlərinin kəsişdiyi nöqtədə yerləşən Keşmir, dağlıq bir bölgədir. Himalay dağlarının qərb ucunun cənubundakı vadi bu adla tanınır. Burada istehsal olunan və “kaşmir” adlanan parça da adını bu bölgədən alır.
Kəşmir, Böyük Britaniyanın müstəmləkəsi olduğu dövrdə 1947-ci ildə Hindistan və Pakistanın müstəqil olmasından sonra mübahisəli hala gəldi. Əhalisinin böyük hissəsinin müsəlman olması səbəbilə Pakistan bu bölgəyə iddia irəli sürdü. Lakin həmin dövrdə bölgəyə rəhbərlik edən Keşmir əmiri Hindistana birləşməyi seçdi və bu qərarla Hindistan da bölgəyə sahiblənmiş oldu.
Srinagar başda olmaqla bölgənin cənub hissəsi Hindistanın Cammu və Keşmir əyalətinə daxil edildi, şimal hissəsi isə Pakistanın nəzarətinə keçdi. Pakistanın nəzarətində olan hissəyə “Azad Kəşmir” deyilir.
1960-cı ildə Çin, bölgənin şərqində yerləşən Aksay Çin hissəsini işğal edərək nəzarəti ələ aldı və bu ərazi hələ də Çin Xalq Respublikasının nəzarətindədir. Mübahisəli ərazinin bir hissəsi isə 1977-ci ildə Pakistan torpaqlarına birləşdirildi.
Kəşmir adı haradan gəlir?
“Kəşmir” adı qədim Sanskrit dilindəki “káśmīra” sözündən törəmişdir. Nilamata Purana adlı qədim mənbəyə görə, bölgə əvvəllər göl olmuş və bu göl quruduqdan sonra vadi yaranmışdır. Bu fikir həm də müasir geoloqlar tərəfindən dəstəklənir. Alternativ etimologiyaya görə isə “Kəşmir” adı Vedalarda adı keçən bilge Kaşyapadan (Kashyapa) gəlir və “Kaşyapanın gölü” və ya “Kaşyapanın dağı” mənasını verir.
Kəşmirin strateji əhəmiyyəti
-Strateji mövqe: Kəşmir Hindistan, Pakistan və Çin sərhədlərinin kəsişmə nöqtəsində yerləşdiyinə görə hərbi və geosiyasi baxımdan olduqca strateji əhəmiyyət daşıyır. Bu səbəblə bölgə zaman-zaman müharibələrə səbəb olmuşdur.
– Su resursları: Kəşmir həm Hindistan, həm də Pakistan üçün həyati əhəmiyyət daşıyan çayların mənbəyidir. Bu çaylar kənd təsərrüfatı və enerji istehsalı üçün vacib olduğundan, bölgəyə nəzarət su ehtiyatlarına nəzarətlə də əlaqəlidir.
– Siyasi və dini faktorlar: Bölgənin əksəriyyəti müsəlmanlardan ibarət olsa da, Hindistanın qalan hissəsində hindu əhali üstünlük təşkil edir. Bu səbəbdən, Kəşmir dini və siyasi bir mübahisə mövzusuna çevrilmişdir.
– Beynəlxalq münasibətlər: Keşmir problemi yalnız Hindistan, Pakistan və Çin deyil, eyni zamanda BMT və digər beynəlxalq aktorları da maraqlandırır. Bu vəziyyət, bölgənin sülh yolu ilə həllini çətinləşdirir.
Nigar
10:39 / 13 Noyabr 2026
1
10:25 / 13 Noyabr 2026
45
10:22 / 13 Noyabr 2026
71
10:20 / 13 Noyabr 2026
42
10:08 / 13 Noyabr 2026
118
10:02 / 13 Noyabr 2026
51
09:51 / 13 Noyabr 2026
94
09:46 / 13 Noyabr 2026
666
09:44 / 13 Noyabr 2026
105
09:38 / 13 Noyabr 2026
87
09:34 / 13 Noyabr 2026
122
09:33 / 13 Noyabr 2026
69
09:31 / 13 Noyabr 2026
77
01:52 / 13 Noyabr 2026
296
01:49 / 13 Noyabr 2026
824
01:42 / 13 Noyabr 2026
56
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
237
23:53 / 12 Noyabr 2026
1821
23:51 / 12 Noyabr 2026
250
23:40 / 12 Noyabr 2026
302
23:34 / 12 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.