Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
3368
03.01.2026, 23:51
2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycana 8 min ədəd ağacdan hazırlanmış tabut idxal olunub. Rəsmi gömrük statistikasına görə, bu məhsulların hamısı Çindən gətirilib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, cəmi bir il əvvəl — 2024-cü ildə tabutun nə idxalı, nə də ixracı ilə bağlı statistikada heç bir məlumat yer almayıb. Başqa sözlə, bir il ərzində göstərici sıfırdan minlərlə ədədə yüksəlib.
Oxu24.com olke.az-a istinadən xəbər verir ki, rəqəmləri gündəlik ritmə çevirsək, bu, demək olar ki, hər gün orta hesabla 25 tabutun ölkəyə daxil olması deməkdir. Halbuki Azərbaycanda dəfn mərasimləri əsasən islam qaydalarına uyğun keçirilir və tabut, adətən, yalnız cənazənin daşınması üçün istifadə olunur. Mərasim başa çatdıqdan sonra isə tabut geri qaytarılır və ya məscidə təhvil verilir.
Ölkədə ağac emalı sahəsi olduğu halda tabutun xaricdən idxalı maraq doğurur. Tabutların hansı qurumlar və ya ehtiyaclar üçün alındığı barədə məlumat yoxdur.
Xatırladaq ki, Azərbaycanda yaşayan xristian icmaları tabutdan dini ayinlərinə uyğun olaraq istifadə etsə də, bu icmaların sayının idxal olunan minlərlə tabutu tam izah edib-etmədiyi açıq qalır.
Görünür, bu rəqəm ölüm sayının artması ilə deyil, daha çox logistika, qiymət fərqi və mərkəzləşdirilmiş satınalma ilə bağlı ola bilər.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.