Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1555
31.12.2025, 10:59
Avstraliyalı alimlərin Antarktidada itirdiyi okean robotu 9 ay sonra üzə çıxaraq Denman Buzlağının altındakı isti suların əriməni sürətləndirdiyini və böyük təhlükə yaratdığını sübut edib.
Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya Milli Elmi Agentliyi (CSIRO) tərəfindən Totten Buzlağını araşdırmaq üçün göndərilən sərbəst üzən okean robotu axınlara qapılaraq marşrutundan çıxıb və doqquz ay ərzində itib.
Alimlərin artıq ümidini kəsdiyi cihaz gözlənilmədən su səthinə çıxaraq, çatılması ən çətin bölgələrdən biri olan Denman Buzlağının altından kritik məlumatlarla geri dönüb.
Robotun təqdim etdiyi nadir məlumatlar Şeklton (Shackleton) Buz Şelfinin hazırda təhlükəsiz olduğunu, lakin Denman Buzlağının altında isti su kütlələrinin mövcud olduğunu və bunun əriməyə səbəb verdiyini göstərib.
Təkbaşına qlobal dəniz səviyyəsini təxminən 1,5 metr yüksəltmə potensialına malik olan bu buzlaq sahil zolaqları üçün ciddi təhlükə yaradır.
Cihaz buz şelfinin altında sıxışıb qaldığı müddətdə səthə çıxmağa çalışarkən dəydiyi nöqtələrdə dərinlik, duzluluq və temperatur ölçmələri apararaq Şərqi Antarktidanın altındakı ilk okean məlumatlarını qeydə alıb.
Məlumata görə, bu tapıntılar gələcəkdə oxşar robotların daha uzaq və riskli bölgələrə göndərilərək həyati əhəmiyyətli iqlim məlumatları toplaya biləcəyini sübut edib.
Qafqazinfo
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.