Hamının "Neftçilər Kruqu" kimi tanıdığı yer əslində görün, necə adlanırmış
14 May 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
803
24.12.2025, 23:12
Bu dəfə təqdim edəcəyimiz tarixi fakt Mikayıl Müşfiqin xanımının həyatı ilə bağlıdır.
Oxu24.com xəbər verir ki,İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində dünyaya göz açıb.
5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşayıb.
Salam Salamzadə onun rəsm müəllimi olub. 1932-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib.
O, gəncliyində Gəncə Şəhər Sovetinin, 1934-cü ildə isə Bakı Şəhər Sovetinin deputatı seçilib.
Dilbər Axundzadə Azərbaycan Tibb İnstitutuna qəbul olub və iki il (1935-1937) təhsil alsa da, həbs edilməsi onu təhsilini yarımçıq qoymağa məcbur edib.
Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq 3 iyul 1937-ci ildə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilib.
Dilbər xanım da həyat yoldaşı ilə birgə təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73-cü maddələri ilə 1 yanvar 1938-ci il tarixindən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilib. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilib.
Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışıb, sonra isə yenidən Bakıya qayıdıb.
Şairəliklə məşğul olub, 1968-ci ildə Mikayıl Müşfiqə həsr olunan "Müşfiqli günlərim" adlı kitab yazıb.
Dilbər Axundzadə daha sonra dini nikahla yenidən ailə həyatı qurub və bu evlilikdən bir oğlu və Leyla adında bir qızı dünyaya gəlib. Oğlu 60 yaşında dünyasını dəyişib.
Dilbər xanım həyatının son illərində əsəb pozğunluğuna düçar olur, şəkər xəstəliyinə tutulur və ürək problemləri yaşayır.
1990-cı ildə Bakı şəhərində vəfat edir...
Hazırladı: Namiq Həsənov
19:00 / 16 May 2026
11
18:49 / 16 May 2026
47
18:35 / 16 May 2026
57
18:22 / 16 May 2026
165
18:07 / 16 May 2026
56
17:56 / 16 May 2026
159
15:34 / 16 May 2026
73
15:15 / 16 May 2026
318
15:13 / 16 May 2026
92
14:31 / 16 May 2026
76
14:25 / 16 May 2026
80
14:15 / 16 May 2026
81
13:55 / 16 May 2026
97
13:33 / 16 May 2026
87
13:29 / 16 May 2026
315
13:25 / 16 May 2026
81
13:15 / 16 May 2026
82
12:55 / 16 May 2026
94
12:54 / 16 May 2026
402
12:39 / 16 May 2026
2357
12:36 / 16 May 2026
97
12:29 / 16 May 2026
93
12:27 / 16 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.