TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
253
16.10.2024, 09:30
İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş olmayıb.
OXU24.COM xəbər verir ki, Ermənistan spikerinin mətbuat katibi Movses Arutyunyan sosial şəbəkələrdə bununla bağlı həqiqətə uyğun olmayan məlumat yayıb.
REAL TV isə görüşün baş tutumamasının əsl səbəbini üzə çıxarıb. Məlumata görə, əslində, görüşün baş tutumayacağı xeyli əvvəldən bəlli olub. Belə ki, Parlamentlərarası İttifaqın rəhbərliyi görüş təşəbbüsü ilə çıxış edib və elə ilk andan Milli Məclisin sədri Sahibə Qafarova bu təklifə mənfi cavab verib. Bu isə səbəbsiz deyil.
Qeyd edək ki, indiyədək Sahibə Qafarova ilə Alen Simonyan arasında iki görüş keçirilib. Hər iki görüş Cenevrədə Parlamentlərarası İttifaqın vasitəçiliyi ilə baş tutub. Lakin bu ilin mayında keçirilən görüşdən sonra Ermənistan hakimiyyətinin, o cümlədən, spiker Alen Simonyanın ritorikasında Azərbaycana qarşı mənfiyə doğru dəyişikliklər müşahidə olunur. Bu səbəbdən də Sahibə Qafarova Alen Simonyanla görüşməyə, nəyisə müzakirə etməyə ehtiyac duymayıb.
Görüşlərdə məqsəd parlamentlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə verə biləcəyi töhfəni müzakirə etməkdir. Lakin Ermənistan parlamentinin sədrinin bəyanatları belə nəticəyə gəlməyə əsas verir ki, o və təmsil olunduğu hakimiyyət əslində sülh istəmir və yalnız imitasiya ilə məşğuldur.
22:59 / 22 Noyabr 2026
76
22:36 / 22 Noyabr 2026
97
22:08 / 22 Noyabr 2026
673
21:14 / 22 Noyabr 2026
137
21:06 / 22 Noyabr 2026
145
20:56 / 22 Noyabr 2026
1267
20:30 / 22 Noyabr 2026
470
19:33 / 22 Noyabr 2026
1021
19:20 / 22 Noyabr 2026
149
19:05 / 22 Noyabr 2026
1320
18:54 / 22 Noyabr 2026
138
18:49 / 22 Noyabr 2026
173
18:21 / 22 Noyabr 2026
452
18:16 / 22 Noyabr 2026
209
18:02 / 22 Noyabr 2026
176
17:59 / 22 Noyabr 2026
161
16:38 / 22 Noyabr 2026
232
16:29 / 22 Noyabr 2026
171
16:18 / 22 Noyabr 2026
2767
16:00 / 22 Noyabr 2026
273
14:27 / 22 Noyabr 2026
188
14:11 / 22 Noyabr 2026
212
13:47 / 22 Noyabr 2026
640
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.