Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda böyük əməliyyat: 61 nəfər tutuldu

2018-04/1522736379_hebs-oxu24.jpg

KRİMİNAL

2084

03.04.2018, 10:19

\"\" Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 22-i \"isti izlər\"lə açılıb.
Oxu24.com-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.