Deputat oğlunun işi başqa məhkəməyə göndərilib
25 Oktyabr 2026, 22:00
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
149
25.10.2026, 22:21
Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin iştirakı ilə baş verən və ölümlə nəticələnmiş dəhşətli davaya dair yeni məlumatlar və hadisə iştirakçılarının ilginc fotolarını əldə etmişik.
Oxu.Az-a cinayət hadisəsində qətlə yetirilən Ceyhun Mirağayevlə bu olayda iştirakçı olan və artıq digər 9 nəfərlə birlikdə saxlanılan Əhməd Əlizadənin daha əvvəllər - münasibətləri normal olan vaxtlarda birgə çəkdirdikləri fotolar və əlaqələrinə dair maraqlı xəbərlər daxil olub.
Fotoda Ceyhun və Əhməd
Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? - Şok fotolar
Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan qətldə şübhəli bilinən MMA idmançısı dünya çempionu imiş - Foto/Video
Bildirilir ki, öldürülən Ceyhunla deputat Arzuxan Əlizadənin oğlu Əhməd əvvəllər yaxın münasibətlərdə və "qara biznes"də şərik olublar:
"Ceyhun və Əhməd xeyli müddət bir çevrədə olublar. "Ceyhun Sabunçu" kriminala meyilli şəxs kimi tanınır. Onun kumiri məşhur "lotu" Cavanşir imiş, qəbrinin qarşısında şəkli də var. (Redaksiyamıza həmin foto da daxil olub - red.) Sonralar, təxminən ilyarım öncə Ceyhunun Əhmədlə və digərləri ilə araları pozulub, pul söhbətində narazılıqları yaranıb. Bakının Xətai rayonundakı restoranda baş verən məlum davada iştirak edənlərin demək olar hamısı öncələr bir çevrə olublar, mütəşəkkil dəstə kimi. Sonra maraqlar savaşında qruplaşmalara bölünüblər. Narazılığı da Əhmədin çevrəyə, qruplaşmaya başçılıq etmək, biznesə, gəlirlərə, daxil olan pullara nəzarəti həyata keçirmək iddiası yaradıb. Sonuncu mübahisəni də bu məsələləri aydınlaşdırmaq, son qərar vermək üçün Əhməd təşkil edibmiş. Bir çevrə olarkən qurduqları bizneslər, obyektlər əksərən davada da iştirak edən Kamran və Həsən adlı şəxslərin və onların yaxınlarının adına rəsmiləşdirilmişdi. Elə bu gəlir mənbələrinin bölgüsü əsas mübahisə predmeti olub. Ceyhun Əhmədi yola gətirməyə çalışıb, amma onun iddiaları çox böyük olub. Yaxın ətrafının köməyi ilə o, bir neçə dəfə böyük qalmaqallardan, davalardan "qalib" çıxa da bilmişdi.
Sonuncu söhbət isə çox ağır olub, tərəflər üçün "ölüm-qalım" məsələsinə çevrilib. Ceyhun və digərləri Əhmədin qurduğu planla, etdiyi təkliflərlə razılaşmayıblar. Bu zaman ortalıq qarışıb və qruplaşmalar şəklində kütləvi dava ediblər. Nəticədə isə Ceyhun öldürülüb, restorandakı məlum dəhşətli davanı əks etdirən videodan da göründüyü kimi, onu bıçaqlayıb qan içərisində qoyaraq hamısı qaçıb gediblər".
22:59 / 25 Oktyabr 2026
13
22:45 / 25 Oktyabr 2026
48
22:18 / 25 Oktyabr 2026
82
22:00 / 25 Oktyabr 2026
73
20:35 / 25 Oktyabr 2026
66
20:15 / 25 Oktyabr 2026
407
19:30 / 25 Oktyabr 2026
1518
19:02 / 25 Oktyabr 2026
244
16:35 / 25 Oktyabr 2026
93
16:05 / 25 Oktyabr 2026
144
15:37 / 25 Oktyabr 2026
1003
15:34 / 25 Oktyabr 2026
95
15:19 / 25 Oktyabr 2026
117
15:08 / 25 Oktyabr 2026
122
15:05 / 25 Oktyabr 2026
134
14:36 / 25 Oktyabr 2026
108
14:15 / 25 Oktyabr 2026
773
14:00 / 25 Oktyabr 2026
309
13:50 / 25 Oktyabr 2026
471
13:50 / 25 Oktyabr 2026
90
13:35 / 25 Oktyabr 2026
228
13:18 / 25 Oktyabr 2026
1637
13:05 / 25 Oktyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.