Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
13 Oktyabr 2026, 00:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
503
11.10.2026, 21:20
2024-cü ilin avqust ayının 15-i səhər saat 10 radələrində Laçın rayonunun Pircahan kəndində "Falcom" MMC-də qeydə alınan faciəvi ölüm işi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Mərhum Elgün Əhmədovun qardaşı Elmir Əhmədov istintaqın birtərəfli aparıldığını, kobud qanun pozuntularına göz yumulduğunu və günahkarların məsuliyyətdən yayındırıldığını iddia edərək Oxu24.com-a açıqlama verib.
Belə ki, Laçın rayonunun Qarakeçdi kənd sakini, jurnalistika fakültəsini bitirmiş və kompüter bilikləri olan Elgün Əhmədov şirkətə rəsmi olaraq fəhlə kimi götürülüb. Lakin onu işə aparan şəxs idarəetmə ilə danışarkən bildirib ki, qeydiyyat fəhlə kimi olacaq, ancaq o, operator işini öyrənəcək və bir aydan sonra operator işləyəcək.
Hadisə günü Elgünü betonqarışdıran qurğunun ("meşalka") içərisini təmizləməyə göndəriblər. O, qurğunun içinə girib təmizləməyə başlayarkən qurğu qəfil hərəkətə gəlib və nəticədə fəhlə faciəvi şəkildə həyatını itirib. Hadisə yerində olan təcrübəçilər və operatorlar məsuliyyəti bir-birinin üzərinə atırlar – təcrübəçilər onu operatorun göndərdiyini, operatorlar isə təcrübəçiləri günahlandırırlar. Elgünü ora kimin göndərdiyi isə hələ də tam araşdırılmır.
İstintaq materiallarında və texniki təhlükəsizlik məsələlərində cavabsız qalan ziddiyyətlər çoxdur. Hadisə yerinə baxış protokolunda müstəntiq özü qeyd edib ki, qurğunun sağ küncündə yerləşən "stop" düyməsinə (knopkasına) gedən şunur çıxıqlı vəziyyətdə olub. Lakin bu şunur barədə ekspert qarşısında heç bir sual qoyulmayıb və təkrar ekspertiza tələbi rədd edilib.
Siqnal niyə işləməyib?
Həyəcan siqnalı hadisədən əvvəl və sonra işlədiyi halda, məhz faciə baş verən anda niyə işləmədiyi bu günə qədər cavabsız qalıb.
Texniki ekspert mərhumun düyməni basmadığını iddia etsə də, hadisə yerində olan şahid onun gözü qarşısında təhlükəsizlik düyməsini basaraq içəri girdiyini bildirib. Ekspertin hansı əsasla bunu dediyi isə sübut olunmur.
Eyni zamanda, iş yerində SƏTƏM qaydalarının pozulduğu, ərazinin böyük olması səbəbindən tək işləyən SƏTƏM işçisinin ayda yalnız bir dəfə təlim keçə bildiyi halda, sonradan işçilərin adından hər gün təlim keçildiyinə dair ifadələrin yazıldığı da iddia olunur.
Latın qrafikasında yazıb-oxumağı bilməyən şəxslərdən (məsələn, Elgünü işə aparan sürücü Süleyman İmranovdan) başqaları tərəfindən yazılmış ifadələrə imza atdırıldığı bildirilir. Süleyman İmranov prokurorluğa teleqram göndərərək dediklərinin yazılmadığını bildirib və təkrar dindirilməsini xahiş etsə də, buna məhəl qoyulmayıb.
Qardaş Elmir Əhmədov Laçın prokurorluğundan və istintaqı aparan müstəntiq İlqar Niftəliyevdən narazıdır: vəsatətlərin heç biri qəbul edilmir, istintaq birtərəfli aparılır.
Ailə məsələ ilə bağlıaidiyyatı qurumlara müraciət edib, işin yenidən və obyektiv istintaq olunmasını xahiş edir.
Şirkətin rəsmi nümayəndəsi Rəşad adlı şəxs isə açıqlamasında hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığını və əlavə heç nə deyə bilməyəcəyini bildirib.
İşə baxan müstəntiq İlqar Niftəliyev açıqlama verməkdən imtina edib. Baş Prokurorluğun mətbuat xidmətinə isə müvafiq sorğu ünvanlanıb.
Oxu24.com olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mövzu ilə bağlı video materialı və hadisə anının video görüntüsünü təqdim edirik:
Çimnaz Ağayeva
01:20 / 13 Oktyabr 2026
33
00:44 / 13 Oktyabr 2026
219
00:38 / 13 Oktyabr 2026
115
00:35 / 13 Oktyabr 2026
327
00:33 / 13 Oktyabr 2026
77
00:13 / 13 Oktyabr 2026
103
00:08 / 13 Oktyabr 2026
184
00:07 / 13 Oktyabr 2026
160
00:05 / 13 Oktyabr 2026
110
23:56 / 12 Oktyabr 2026
86
23:49 / 12 Oktyabr 2026
169
23:46 / 12 Oktyabr 2026
801
23:32 / 12 Oktyabr 2026
127
23:25 / 12 Oktyabr 2026
104
23:17 / 12 Oktyabr 2026
137
23:16 / 12 Oktyabr 2026
110
23:14 / 12 Oktyabr 2026
179
23:04 / 12 Oktyabr 2026
86
23:04 / 12 Oktyabr 2026
1205
23:01 / 12 Oktyabr 2026
120
22:54 / 12 Oktyabr 2026
130
22:43 / 12 Oktyabr 2026
139
22:42 / 12 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.