Ağır qəzada həlak olan İKİ DOST
03 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
211
08.10.2026, 10:30
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin zabiti vəzifəsini icra etmiş Məmmədli İlham Qüdrət oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, ibtidai istintaqla İlham Məmmədlinin sözügedən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ehtiyatda olan zabit, Səhiyyə Nazirliyinin “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” Publik Hüquqi Şəxsdə mühəndis vəzifəsində işləyən Mirhəmdulla Əmirovun təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sonuncunun işlədiyi mərkəzdə iş yerindən yayınmaq məqsədilə guya hərbi təlim toplanışlarında iştirak etməsinə dair saxta arayışlar tərtib etməsinə, həmin arayışları 2025-2026-cı illərdə Mirhəmdulla Əmirova təqdim edərək ona əsassız şəkildə əmək haqqı ödənilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında İlham Məmmədliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Mirhəmdulla Əmirova isə həmin Məcəllənin 32.4,313 (vəzifə saxtakarlığına təhrik etmə), 32.4, 341.1 (vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının qərarı əsasında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktı təsdiq edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.