Xırdalanda 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO
17 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
386
22.09.2026, 11:09
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb.
Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağı həddən də az cəza verilib.
İş üzrə milyonçu qardaşlar kimi tanınan Bahadır və İkram Qasımovlar, onların əmisi oğlu Fərhad Quliyev, habelə Cavid Əzizov, Vəli Əliyev, Anar Əhmədov mühakimə olunublar.
Onlara cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması, külli miqdarda gəlir götürməklə qanunsuz sahibkarlıq, habelə valyuta tənzimi qaydalarının pozulması maddələri ilə ittiham irəli sürülüb.
Səbinə Əliyevanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda verilmiş ittihamların kifayət qədər dəlil və sübutla təsdiqləndiyi qənaətinə gəlib. Lakin təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən də az cəza təyin etmə) maddəsi tətbiq olunub.
Hökmə əsasən, ötən həftə ev dustaqlığına buraxılan Bahadır Qasımov azadlıqda qalıb. Onun həbsdə keçirdiyi 2 il 11 ay cəzası yetərli sayılıb. Qardaşı İkram Qasımova və əmisi oğlu Fərhad Quliyevə 4 il 6 ay, Cavid Əzizov və Anar Əhmədova 4 il, Vəli Əliyevə isə 3 il həbs cəzası verilib.
Digər güzəşt isə əksəriyyəti İkram Qasımovun özünə, ailə üzvlərinə və digər qohumlarına məxsus təqribən yüz milyonlarla manat dəyərində qiymətləndirilən əmlakla bağlı olub.
100-ə yaxın "Range Rover", "Bentley", "Mercedes", BMW, "Mitsubishi" və digər markalı minik və yük avtomobilləri, Bakıda və bölgələrdə yerləşən villalar, çoxsaylı mənzillər, qeyri-yaşayış sahələri, qayıqlar və digər əmlak üzərindəki həbs qərarı ləğv edilib.
Məlumat üçün bildirək ki, təxmini hesablama ilə sadalanan əmlakların ümumi bazar dəyərinin 500 milyon manata yaxın olduğu bildirilirdi.
Yalnız İkram Qasımovun Yasamaldakı ofisindən və yaşadığı evdən götürülmüş 3 milyon manatdan artıq nağd pul, 1 milyon manat dəyərində qızıl-zinət əşyaları, Xızı rayonundakı bağ evi və bir neçə nəqliyyat vasitəsi müsadirə olunub. Müsadirə edilən əmlakın ümumi dəyəri 5-6 milyon manat təşkil edir.
Qeyd edək ki, Bahadır və İkram Qasımovlar xarici ölkələrdən Azərbaycana və əksinə qanunsuz pul köçürmələri həyata keçirməkdə ittiham olunublar. Yasamal rayonunda "Bahadırın bankı" kimi tanınan şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Bu məbləğdən 2 milyon 500 min manatı xidmət haqqı kimi onlara qalıb.
00:00 / 18 Oktyabr 2026
172
23:59 / 17 Oktyabr 2026
111
23:34 / 17 Oktyabr 2026
122
23:19 / 17 Oktyabr 2026
139
22:59 / 17 Oktyabr 2026
138
22:49 / 17 Oktyabr 2026
156
22:21 / 17 Oktyabr 2026
232
22:12 / 17 Oktyabr 2026
165
22:10 / 17 Oktyabr 2026
139
22:05 / 17 Oktyabr 2026
151
21:57 / 17 Oktyabr 2026
197
21:40 / 17 Oktyabr 2026
205
21:18 / 17 Oktyabr 2026
103
20:39 / 17 Oktyabr 2026
111
20:39 / 17 Oktyabr 2026
174
20:16 / 17 Oktyabr 2026
129
20:03 / 17 Oktyabr 2026
169
20:03 / 17 Oktyabr 2026
2023
19:50 / 17 Oktyabr 2026
119
19:38 / 17 Oktyabr 2026
354
19:38 / 17 Oktyabr 2026
167
19:32 / 17 Oktyabr 2026
1383
19:26 / 17 Oktyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.