Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda evini qəsdən yandıran kişi dispanserə yerləşdirildi

Bakıda evini qəsdən yandıran kişi dispanserə yerləşdirildi

KRİMİNAL

72

24.08.2026, 10:33

Bakıda evini yandıran şəxs saxlanılıb.

Oxu24.com "Unikal"a istinadla  xəbər verir ki, paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzili yandıran 47 yaşlı ev sahibi saxlanılıb. Ruhi xəstə olan həmin şəxs əsəb dispanserinə yerləşdirilib. 

***01:30

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən yaşayış binasının üçüncü mərtəbəsində qeydə alınıb.

Yanğının həmin ünvanda yaşayan şəxslər arasında şəxsi münaqişə zəminində törədildiyi bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunublar.

Yanğın söndürülüb və alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

*** 23.08.2026 / 22:06

Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın baş verib.

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.

“Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılıb”, — deyə qeyd edilib.