42 min sakin təxliyə edildi - fövqəladə vəziyyət elan olundu
24 Avqust 2026, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
57
24.08.2026, 11:09
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün avqustun 24-dən 30-dək ixtisaslaşma seçimi elan edir.
Bu barədə Oxu24.com-a DİM-dən məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisaslaşma seçiminə magistraturaya 15 fevral, 17 may və 14 iyun 2026-cı il tarixlərində keçirilmiş qəbul imtahanlarının (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Keçirilmiş müsabiqə nəticəsində magistraturaya qəbul olmuş bakalavrın müəyyən olunmuş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların ixtisaslaşmaların boş qalan yerlərinə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 30 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər.
Qeyd olunub ki, boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.
12:01 / 24 Avqust 2026
1
11:55 / 24 Avqust 2026
18
11:38 / 24 Avqust 2026
48
11:24 / 24 Avqust 2026
47
11:12 / 24 Avqust 2026
54
11:05 / 24 Avqust 2026
54
10:59 / 24 Avqust 2026
52
10:56 / 24 Avqust 2026
58
10:52 / 24 Avqust 2026
65
10:47 / 24 Avqust 2026
58
10:40 / 24 Avqust 2026
78
10:33 / 24 Avqust 2026
70
10:23 / 24 Avqust 2026
88
10:04 / 24 Avqust 2026
72
09:43 / 24 Avqust 2026
72
09:30 / 24 Avqust 2026
78
09:21 / 24 Avqust 2026
79
09:05 / 24 Avqust 2026
85
09:03 / 24 Avqust 2026
96
08:59 / 24 Avqust 2026
68
08:57 / 24 Avqust 2026
75
08:53 / 24 Avqust 2026
80
01:40 / 24 Avqust 2026
235
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.