Bərdədə 17 yaşlı gənci “KamAz” vurdu
12 Sentyabr 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
776
02.07.2026, 22:58
Naxçıvan Ali Məhkəməsində 1986-cı il təvəllüdlü Aypara Əsgərova və 1987-ci il təvəllüdlü Firuzə Seyidovanın apellyasiya şikayəti üzrə məhkəmə baxışı davam edir.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, onlar Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalaraq qərardan apellyasiya şikayəti veriblər.
Birinci instansiya məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baxılan cinayət işi üzrə Aypara Əsgərova və Firuzə Seyidova tamah məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla adam öldürməkdə təqsirli biliniblər. Məhkəmənin hökmünə əsasən, Aypara Əsgərova 14 il 6 ay, Firuzə Seyidova isə 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hər iki məhkumun üç övladı var.
İttihama görə, hadisə ötən il aprelin 19-da Şərur rayonunun Oğlanqala kəndində baş verib. Kənddə tək yaşayan 75 yaşlı Zeynəb İsmayılova imkanlı qadın kimi tanınıb. İstintaq materiallarında qeyd olunur ki, onun insanlara borc verməsi və üzərində nağd pul saxlaması təqsirləndirilən şəxslərin diqqətini cəlb edib. Maddi sıxıntılar yaşayan Aypara Əsgərova Zeynəb İsmayılovanın pulunu ələ keçirmək məqsədilə cinayət planı hazırlayıb və bu barədə Firuzə Seyidova ilə razılığa gəlib.
Hadisə günü Zeynəb İsmayılova Aypara Əsgərovanın evinə gəlib və paltarlarını yumaq üçün paltaryuyan maşından istifadə edib. İttihama görə, qadın paltarları götürmək üçün əyildiyi anda ona arxadan çəkic və dəmir linglə baş nahiyəsinə çoxsaylı zərbələr endirilib. Ağır xəsarətlər alan Zeynəb İsmayılovanın daha sonra boğularaq öldürüldüyü bildirilir.
Cinayətin izlərini gizlətmək məqsədilə meyit adyala bükülərək həyətdəki su quyusuna atılıb. İstintaq materiallarına görə, təqsirləndirilən şəxslər mərhumun pul və qızıl-zinət əşyalarını götürüblər, hadisəni ört-basdır etmək üçün isə müxtəlif məlumatlar yayıblar.
Qətlin üstü Aypara Əsgərovanın qısa müddətdə borclarını ödəməsinin diqqət çəkməsi ilə açılmağa başlayıb. Axtarış tədbirləri zamanı xidməti itin reaksiyası hüquq-mühafizə orqanlarını həmin həyətə istiqamətləndirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə quyudan çıxarılan meyitin Zeynəb İsmayılovaya məxsus olduğu müəyyən edilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, mərhumun kəllə sümüyündə çoxsaylı qəlpəli sınıqlar aşkarlanıb və həmin xəsarətlərin hər biri həyati təhlükəli olub.
İstintaq zamanı Aypara Əsgərova cinayəti törətdiyini etiraf edərək, məqsədinin pulu ələ keçirib Türkiyəyə getmək olduğunu bildirib. Hazırda Naxçıvan Ali Məhkəməsində iş üzrə apellyasiya baxışı davam edir.
00:51 / 13 Sentyabr 2026
81
00:35 / 13 Sentyabr 2026
412
00:14 / 13 Sentyabr 2026
937
00:06 / 13 Sentyabr 2026
393
23:49 / 12 Sentyabr 2026
99
23:38 / 12 Sentyabr 2026
178
23:34 / 12 Sentyabr 2026
124
23:31 / 12 Sentyabr 2026
93
22:35 / 12 Sentyabr 2026
92
22:31 / 12 Sentyabr 2026
81
22:26 / 12 Sentyabr 2026
140
22:25 / 12 Sentyabr 2026
247
22:22 / 12 Sentyabr 2026
107
22:14 / 12 Sentyabr 2026
106
22:13 / 12 Sentyabr 2026
791
22:02 / 12 Sentyabr 2026
737
21:52 / 12 Sentyabr 2026
190
21:34 / 12 Sentyabr 2026
382
21:25 / 12 Sentyabr 2026
3557
21:20 / 12 Sentyabr 2026
93
21:14 / 12 Sentyabr 2026
105
21:05 / 12 Sentyabr 2026
84
20:48 / 12 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.