TƏCİLİ! Bu qurumda həbslər BAŞLADI
23 Aprel 2026, 15:32
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
90
23.04.2026, 22:09
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmaya başlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı APA yayıb. Bildirilib ki, Hesablama Palatasının müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023–2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb. Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub. Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.
Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.
Yoxlama aparılan icra hakimiyyətinin başçısı kimdir?
Gəncənin icra başçısı Niyazi Bayramovdur. O, Prezident İlham Əliyevin 28 avqust 2018-ci ildə imzaladığı Sərəncamla bu vəzifəyə təyin olunub.
Həmçinin oxuyun
Fotoda: Niyazi Bayramov
Niyazi Bayramovun 70 yaşı var. İcra başçısı 1956-cı il martın 26-da Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.
1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə rəisinin müavini işləyib.
2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası prezidentinin 14 aprel 2012-ci il tarixli, 2173 nömrəli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Niyazi Bayramov Qarabağ müharibə iştirakçısıdır, polkovnikdir.
01:11 / 24 Aprel 2026
13
00:48 / 24 Aprel 2026
94
00:13 / 24 Aprel 2026
123
23:43 / 23 Aprel 2026
77
23:30 / 23 Aprel 2026
92
23:16 / 23 Aprel 2026
74
22:57 / 23 Aprel 2026
65
22:45 / 23 Aprel 2026
74
22:34 / 23 Aprel 2026
63
22:14 / 23 Aprel 2026
655
22:03 / 23 Aprel 2026
58
21:58 / 23 Aprel 2026
56
21:55 / 23 Aprel 2026
51
21:53 / 23 Aprel 2026
137
21:51 / 23 Aprel 2026
281
21:45 / 23 Aprel 2026
96
21:39 / 23 Aprel 2026
86
21:37 / 23 Aprel 2026
881
21:27 / 23 Aprel 2026
207
21:16 / 23 Aprel 2026
238
21:00 / 23 Aprel 2026
256
20:34 / 23 Aprel 2026
230
20:26 / 23 Aprel 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.