Qaynar xətt:

(+99450) 247 90 86

Əməliyyat keçirildi: saxlanılan var 

Əməliyyat keçirildi: saxlanılan var 

KRİMİNAL

90

21.04.2026, 19:03

Polis və sərhədçilər tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə birgə əməliyyat keçirilib.

 

DİN mətbuat xidmətindən Oxu24.com -a verilən xəbərə görə, tədbir zamanı oğurluq və xuliqanlıq cinayətlərinə görə əvvəllər məhkum olunan Eldar Cəfərli saxlanılıb. Ondan 28 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

 

Eldar Cəfərlinin ölkəyə qaçaq yollarla narkotik vasitələr gətirən əsas şəxslərdən biri olduğu müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.