Qaynar xətt:

(+99450) 247 90 86

İki QƏZA: Xəsarət alanlar var 

İki QƏZA: Xəsarət alanlar var 

KRİMİNAL

70

09.04.2026, 21:09

Biləsuvar rayonu ərazisində iki yol qəzası  baş verib.

Oxu24.com xəbər verir ki, ilk hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Xırmandalı kənd sakini, 1991-ci il təvəllüdlü Rövşən Abbasov idarəetdiyi motosikleti maneəyə çırpıb. Nəticədə o müxtəlif bədən xəsarətləri alaraq, rayon xəstəxanasına çatdırılıb. 

Digər yol qəzası isə rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, rayon xəstəxanasına yerləşdirilib. 

Hər iki faktla bağlı araşdırma aparılır. (unikal)