Hamamda ölən Yusufla bağlı iddia
29 Aprel 2026, 21:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
539
24.02.2026, 12:32
Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin əmlakları müsadirə olunub.
Oxu24.com xəbər verir ki,Teleqraf-ın əldə etdiyi məlumata görə, məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə olunan əmlakların bir qismi aşağıdakılardır:
1) 16.500.000 – 18.100.000 manat dəyərində Azərbaycan Beynəlxalq Universitetini təşkil edən 34349,7 kv. metr ölçüdə torpaq sahəsi
2) Hazırda Aristokrat Tibb Mərkəzinin fəaliyyət göstərdiyi daşınmaz əmlak.
3) Era tam orta məktəb və baxçanın fəaliyyət göstərdiyi daşınmaz əmlak (Qiyməti 9-10 milyon manat civarında dəyərləndirilir)
4) Bakı şəhəri Səbail rayonu Ş.Şamil küçəsi ev 11 mənzil 8,
5) Bakı şəhəri Xəzər rayonu Dübəndi bağ sahəsində yerləşən 26 saylı bağ sahəsi,
6) Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 609 saylı bağ evi,
Həmçinin oxuyun
7) Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 707D saylı bağ evi,
8) Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 3141-ci məhəllə ev 10 mənzil 52,
9) Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 4,6 mənzil 23.
10) Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsində yerləşən 1234 saylı bağ sahəsi,
11) Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının adına rəsmiləşdirilmiş Rusiya Federasiyasının Moskva şəhəri Odinsovu rayonunun Marfino kəndində 26B ünvanında yerləşən 20000 kv.metr torpaq sahəsi və 1000 kv.metr tikilidən ibarət daşınmaz əmlak.
Qeyd edək ki, Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Elşad Abdullayev Fransa vətəndaşlığını alıb.
00:27 / 30 Aprel 2026
35
00:14 / 30 Aprel 2026
40
23:49 / 29 Aprel 2026
119
23:44 / 29 Aprel 2026
54
23:32 / 29 Aprel 2026
62
23:19 / 29 Aprel 2026
53
23:12 / 29 Aprel 2026
1195
23:10 / 29 Aprel 2026
46
23:09 / 29 Aprel 2026
46
23:00 / 29 Aprel 2026
580
22:52 / 29 Aprel 2026
126
22:14 / 29 Aprel 2026
76
21:41 / 29 Aprel 2026
180
21:21 / 29 Aprel 2026
93
21:12 / 29 Aprel 2026
2399
20:56 / 29 Aprel 2026
112
20:50 / 29 Aprel 2026
78
20:39 / 29 Aprel 2026
130
20:10 / 29 Aprel 2026
116
19:56 / 29 Aprel 2026
97
19:43 / 29 Aprel 2026
102
19:28 / 29 Aprel 2026
198
19:16 / 29 Aprel 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.