Qaynar xətt:

(+99450) 247 90 86

Hayların Moskva metrosunda, farsların Ukrayna təyyarəsində "qisas" terroru  

news/2026_01_08/whatsapp_image_2026_01_08_at_105509_1767855720.jpeg

KRİMİNAL

854

08.01.2026, 10:59

Oxu24.com  xəbər verir ki, hayların dinc insanlara qarşı törətdiyi  növbəti vandalizmdən 49 il ötür.

Beləki,  1977-ci il yanvarın 8-də Moskva metrosunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə törədilən qanlı terror hadisəsini erməni terrorçularının planladığı və reallaşdırdığı təsdiqləndi.

“İzmayılov” və “1 May” stansiyaları arasında baş verən partlayışda 7 nəfər (qeyri-rəsmi məlumatlarda ölü sayının 29 nəfər olduğu deyilir) həlak olur, 40-a yaxın insan yaralanır.

Hadisənin şokundan çıxa bilməyən şahidlərdən biri də partlayan qatarın maşinisti Vladimir Dmitriev idi. O, mediaya açıqlamasında söyləyir ki, vaqondan qaçaraq çıxdım:"Yerdə çoxlu qan təbəqəsi var idi, səpələnmiş əşyalar, şikəst insanlar, qan, iniltilər. 12-13 yaşlı uşaq qara idman kostyumunda xizəkdə uzanmışdı - Qadın qanlı əllərini yelləyirdi. Baxmaq qorxulu idi..."

 

Bundan sonra şəhərin müxtəlif hissələrində Bauman rayonundakı 15 saylı mağaza və oktyabr küçəsində 3 terror aktı həyata keçirildi.  Sovet rəhbərliyini şoka salan bu terror aktları həmin dövr üçün heç də adi hadisə kimi qarşılanmırdı.

Terrorun təşkilatçısı Stepan Zatikyan "Ermənistan Vahid Milli Partiyası"nın rəhbərlərindən biri olub. Yerevana qaçarkən qatarda saxlanılan fəhlə Akop Stepanyan və rəssam Zaven Baqdasaryan Stepan Zatikyan həbs edilib.

Məhkəmə zamanı baş terrorçu,  erməni Zatikyançıxış edərək özünə haqq qazandırmağa çalışır: “Sizin məni mühakimə etmək ixtiyarınız yoxdur, çünki rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi dövlət deyil! Bunu möhkəm yadda saxlamaq lazımdır”.

İstintaq məlumatlarından məlum olur ki, Zatikyan 1968-ci ildə sovet rejimi əleyhinə təbliğat apardığına görə həbs edilmişdi. 1972-ci ildə həbsxanadan çıxmış və fəhlə kimi fəaliyyətə başlamışdı. 1975-ci ildə sovet vətəndaşlığından çıxmaq üçün ərizə vermiş, lakin buna nail ola bilməmişdir. O, Ermənistanın Rusiyadan ayrılmasını təbliğ edirdi.

 Həmin günlərdə sovet mediası yazırdı:"Moskva metrosunda 1977-ci ildə baş vermiş partlayış Zatikyanı yenidən məhkəmə kürsüsünə çıxardı. İstintaqa görə, metro partlayışına o, rəhbərlik edib. Partlayışı həyata keçirən erməni terrorçular - fəhlə Akop Stepanyan və rəssam Zaven Baqdasaryan əməliyyata rəhbərliyin Stepan Zatikyan tərəfindən edildiyini bildirmişdilər. Terrorçuların dediyinə görə, Zatikyan ruslara nifrət etdiyinə görə, onları təhdid edərək bu əmələ vadar edib".

Məhkəmə sonrası hər 3 terrorçu güllələnmişdi.

“İranın qisası”

8 yanvar  “İranın qisası” adı ilə  manşetlərə daşınmış  başqa bir qanlı hadisə ilə yaddaşlara həkk olunub. Ukraynanın Beynəlxalq hava yolları"na məxsus “Boeing 737-800” təyyarəsi 8 yanvar 2020-ci ildə səhər saatlarında Tehrandan səmaya qalxdıqdan az sonra vurulub. Nəticədə 176 nəfər həlak olub. Bunlar İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları idi. 

 ABŞ, Kanada və Böyük Britaniya rəsmilərinin məsələ ilə bağlı etmiş olduğu ilkin açıqlamlarda təyyarənin İran İslam Respublikası Silahlı Qüvvələrinin arsenalında olan Tor M1 zenit raket kompleksi ilə vurulduğunu bildiriblər. 

Kanadanın Baş Naziri Castin Trüdo, ölkə kəşfiyyatının və ABŞ xüsusi xidmət orqnlarının vermiş olduğu sübutlar əsasında təyyarənin texniki qəza nəticəsində yox, yerdən açılmış atəşlə vurulduğunu bəyan edib. 11 yanvar tarixində İran İslam Respublikasının rəsmiləri təyyarənin onlar tərəfindən vurulduğunu qəbul ediblər. İranlı rəsmilərin sözlərinə görə əsas düşmən hədəfi səhv salınıb və nəticədə mülkü təyyarə vurulub.

Bu, Ukrayna aviasiyasının tarixi ərzində ölənlərin sayına görə ən böyük qəza olub. Eyni zamanda  bu, son onilliklər ərzində İran ərazisində baş vermiş ən kütləvi insan ölümünə səbəb olan aviasiya fəlakəti kimi tarixə keçib. 

 Həmin vaxt Qərb və ABŞ mediası  yazırdı ki, İranın qəza dediyi bu terror əslində “qisas”dır və  İran generalı Qasım Süleymaninin öldürülməsindən 4-5 gün sonra reallaşıb:” 3 yanvarda ABŞ-nin Bağdad Beynəlxalq Hava Limanınına edilmiş hücum nəticəsində iranlı generalı  öldürülməsindən sonra  ABŞ-ın İraqdakı qüvvələrinin İran tərəfindən hədəf alınması kimi qarşılıqlı hücumların baş verdiyi zaman gerçəkləşib”.

 Xatırladaq ki,   1992-ci ilin bu günü ermənilər “Krasnovodsk-Bakı” dəniz sərnişin bərəsində terror aktı törətdilər. Hadisə nəticəsində 25 adam həlak oldu, 88 nəfər yaralandı. Artıq hadisədən 34 il keçməsinə baxmayaraq nə Azərbaycan xalqı bu faciəvi hadisəni unutmur, nə də dünya bu tip iyrənc terror hadisələrinə qarşı səsini çıxarmır.

 

 Əntiqə Rəşid

Kamran Əliyev ƏMR İMZALADI: Yeni hərbi prokuror KİMDİR?

16:51 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kamran Əliyev ƏMR İMZALADI: Yeni hərbi prokuror KİMDİR?

1091

0
Artrozun ilkin əlamətləri  bunlar İMİŞ

16:34 / 29 Yanvar 2026

TİBB TİBB

Artrozun ilkin əlamətləri  bunlar İMİŞ

78

0
Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstan Respublikası Milli Bankı arasında yeni əməkdaşlıq istiqamətləri  

16:33 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstan Respublikası Milli Bankı arasında yeni əməkdaşlıq istiqamətləri  

56

0
Bakıda Tbilisi prospektinin iki küçə ilə kəsişməsində yol hərəkəti yenidən təşkil ediləcək 

16:27 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda Tbilisi prospektinin iki küçə ilə kəsişməsində yol hərəkəti yenidən təşkil ediləcək 

76

0
Nazirlər Kabineti bu qərarda DƏYİŞİKLİK EDİB

16:01 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabineti bu qərarda DƏYİŞİKLİK EDİB

345

0
"Ölüm kağızı" necə alınmalıdır?

15:54 / 29 Yanvar 2026

HÜQUQ HÜQUQ

"Ölüm kağızı" necə alınmalıdır?

79

0
Kəramət Böyükçöl: “Anar və Çingiz Abdullayev mənimlə polemika aparacaq gücdə deyillər, başlarını götürüb qaçarlar...” - FOTO 

15:42 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kəramət Böyükçöl: “Anar və Çingiz Abdullayev mənimlə polemika aparacaq gücdə deyillər, başlarını götürüb qaçarlar...” - FOTO 

144

0
Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ

15:25 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ

1612

0
"Kim özbaşına oxuyursa, deməli mədəniyyətsiz adamdır"   —    Yusif Nəğməkar   Niyaməddin Musayevin müdafiəsinə qalxdı

15:19 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Kim özbaşına oxuyursa, deməli mədəniyyətsiz adamdır"   —    Yusif Nəğməkar   Niyaməddin Musayevin müdafiəsinə qalxdı

108

0
Efir mühəndisi Səidə Bəkirqızı özünü jurnalist bilirsə, prodüsser Tolik niyə aparıcı olmasın?    

15:15 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

Efir mühəndisi Səidə Bəkirqızı özünü jurnalist bilirsə, prodüsser Tolik niyə aparıcı olmasın?    

3739

0
DİQQƏT!Müddət fevralın 2-nə qədər ARTIRILDI

15:05 / 29 Yanvar 2026

CƏMİYYƏT CƏMİYYƏT

DİQQƏT!Müddət fevralın 2-nə qədər ARTIRILDI

103

0
Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi üç ölkə sırasında yer alıb 

15:03 / 29 Yanvar 2026

DÜNYA DÜNYA

Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi üç ölkə sırasında yer alıb 

79

0