"Bandotdel"in tutduğu şəxsi Mehdiyevin qızı ilə nə BAĞLAYIR?
14 Noyabr 2026, 21:11
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
722
06.01.2026, 15:20
Bir neçə gün ictimaiyyətin diqqəti ciddi bir biznes qalmaqalına yönəldi. Söhbət hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Elnur Qayıbverdi oğlu İsgəndərovun üzləşdiyi iddia edilən haqsızlıqdan gedir.
Oxu24.com Musavat.com -a istinadən xəbər verir ki, Elnur İsgəndərov Binəqədi Rayon Polis İdarəsinə rəsmi şikayət ünvanlayıb.
Şikayətdə qeyd olunur ki, Elnur İsgəndərovun 50 faiz pay sahibi olduğu “Sonar Farm” MMC hədə-qorxu yolu ilə əlindən alınıb. Onun şəriki Mahirə Əsədovanın şikayəti üzrə hüquq-mühafizə orqanlarına geniş sübut bazası təqdim edilib:
“Səs yazıları, görüntülər, yazılı materiallar, şahid ifadələri təqdim olunub. Həmin materiallar əsasında araşdırma aparıldığı bildirilsə də, vəkilin iddiasına görə, indiyədək cinayət işi başlanmayıb. Məhz bu vəziyyət, vəkilin sözlərinə görə, artıq adların açıqlanmasını zəruri edir”.
Elnur İsgəndərovun 21 milyon manatlıq aktivə malik “Sonar Farm” MMC-si faktiki olaraq 300 min manat qarşılığında başqa şəxsin adına keçirilib. Belə məlum olur ki, həmin şəxs Robert Eyyubovdur.
Məsələnin diqqətçəkən tərəflərindən biri də budur ki, şirkətin digər 50 faiz pay sahibi Mahirə Əsədova da bu prosesdən xəbərsiz olub. Mahirə Əsədova MMC-də pay sahibi olduğunu təsdiqləyən bütün sənədləri Binəqədi Rayon Polis İdarəsinə təqdim edib:
“İnvestisiya qoyuluşlarını sübut edən materiallar, şirkətin Robertin adına keçirilməsi zamanı aparılan alqı-satqı proseslərindən xəbəri olmaması da müraciətində var”.
Mahirə Əsədovanın fikrincə, bu faktlar sahibkarlıq hüquqlarının kobud şəkildə pozulmasıdır və araşdırma obyektiv aparılarsa, ciddi hüquqi nəticələr doğura bilər.
Mahirə Əsədova deyib ki, yaxın günlərdə ölkə rəhbərliyinə rəsmi müraciət ünvanlamaqla “Sonar Farm” MMC ətrafında baş verənləri, pay sahiblərinin iradəsi olmadan aparılan əməliyyatları ətraflı şəkildə göstərəcək.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.