Qaynar xətt:

(+99450) 247 90 86

Sabah toyu olacaq gənc Bakıda avtomobillə adam vurdu

2019-06/1561210031_qezaaa.jpg

KRİMİNAL

880

22.06.2019, 17:27

\"\" Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.
Həmin prospektdə yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Mənsimov Şahin Faiq oğlunu “Mercedes” markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Hadisənin törədən sürücü saxlanılıb. Məlumata görə, iyunun 23-də hadisəni törədən sürücünün toy mərasimi olacaqmış.