Sumqayıtda bəzi binalar istiliksiz qala bilər – SƏBƏB
14 Noyabr 2026, 22:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
625
12.01.2026, 15:45
"Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur".
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirədə deyib.
"Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır və demək olar ki, proqram hazırdır. Biz bu gün həm bu proqramı müzakirə edəcəyik, eyni zamanda, görülmüş işlərdən danışacağıq və görüləcək işlərlə bağlı müzakirə aparacağıq.
Bu proqramın əsas məqsədi, qeyd etdiyim kimi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına. Deyə bilərəm ki, son illər ərzində burada da aparılan islahatlar imkan verdi ki, biz xarici borcumuzu böyük dərəcədə aşağı salaq və salmışıq da. Bu gün dünya miqyasında xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünyada aparıcı yerlərdədir, bu, cəmi 6 faizdən bir qədər çox təşkil edir. Yəni bu, deməyə əsas verir ki, bu gün biz daha çox xarici kreditlərə müraciət edə bilərik, xüsusilə nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə təsisatları bizə müraciətlər edirlər", - Prezident qeyd edib.
22:19 / 14 Noyabr 2026
1
21:55 / 14 Noyabr 2026
69
21:32 / 14 Noyabr 2026
90
21:22 / 14 Noyabr 2026
111
21:11 / 14 Noyabr 2026
482
21:04 / 14 Noyabr 2026
442
21:02 / 14 Noyabr 2026
99
20:56 / 14 Noyabr 2026
217
20:50 / 14 Noyabr 2026
108
20:38 / 14 Noyabr 2026
107
20:23 / 14 Noyabr 2026
1028
19:54 / 14 Noyabr 2026
105
19:50 / 14 Noyabr 2026
106
19:36 / 14 Noyabr 2026
1686
19:15 / 14 Noyabr 2026
141
19:12 / 14 Noyabr 2026
135
19:05 / 14 Noyabr 2026
125
18:50 / 14 Noyabr 2026
135
18:43 / 14 Noyabr 2026
141
18:21 / 14 Noyabr 2026
921
18:09 / 14 Noyabr 2026
151
18:06 / 14 Noyabr 2026
588
18:03 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.