Sumqayıtda bəzi binalar istiliksiz qala bilər – SƏBƏB
14 Noyabr 2026, 22:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
650
12.01.2026, 15:50
"Möhtərəm cənab Prezident, əvvəlcə Bakı şəhərində və Abşeron yarımadasında bugünkü sosial-iqtisadi inkişaf və demoqrafik artımla əlaqədar bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da bu proqramın hazırlanmasında əsas amillərdən biridir".
Oxu24.comxəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirədə deyib.
"Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanmışdır və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artmışdır. Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatdırmışdır, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatdırmışdır. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranmışdır. Vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektoruna çevrilmişdir.
Əsas kollektorların maksimal ötürücülük qabiliyyəti, formalaşan su miqdarının az olması təbii ki, həm yuxarıda göstərdiyimiz kimi əhalinin artması, həm də yağış sularının həmin kollektora axıdılması ilə əlaqədardır.
Bir çox magistral xətlərin mühafizə zonalarının zəbt olunması, cənab Prezident, bu gün hazırda əsas kanalizasiya magistrallarımızla bağlı Bakı şəhərində bu yaxınlarda apardığımız təhlillərdən məlum oldu ki, həmin magistralların istismarını çətinləşdirərək hətta imkansız hala gətirən 1600-dən çox fərdi yaşayış və ya digər tikintilər mövcuddur. Bu da bəzi yerlərdə müddəti bitmiş kanalizasiya sistemlərinin çökməsi və əhalinin evlərinə ziyan dəyməsi ilə nəticələnir", - Zaur Mikayılov qeyd edib.
22:19 / 14 Noyabr 2026
1
21:55 / 14 Noyabr 2026
69
21:32 / 14 Noyabr 2026
90
21:22 / 14 Noyabr 2026
111
21:11 / 14 Noyabr 2026
482
21:04 / 14 Noyabr 2026
442
21:02 / 14 Noyabr 2026
99
20:56 / 14 Noyabr 2026
217
20:50 / 14 Noyabr 2026
108
20:38 / 14 Noyabr 2026
107
20:23 / 14 Noyabr 2026
1028
19:54 / 14 Noyabr 2026
105
19:50 / 14 Noyabr 2026
106
19:36 / 14 Noyabr 2026
1686
19:15 / 14 Noyabr 2026
141
19:12 / 14 Noyabr 2026
135
19:05 / 14 Noyabr 2026
125
18:50 / 14 Noyabr 2026
135
18:43 / 14 Noyabr 2026
141
18:21 / 14 Noyabr 2026
921
18:09 / 14 Noyabr 2026
151
18:06 / 14 Noyabr 2026
588
18:03 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.