"Bandotdel"in tutduğu şəxsi Mehdiyevin qızı ilə nə BAĞLAYIR?
14 Noyabr 2026, 21:11
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
697
30.12.2025, 15:14
Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə akademik Ziya Bünyadovun qətli ilə bağlı ömürlük məhkum edilmiş Mahir Zeynalovun həbsdən azad edilməsinə çalışan Akif Bağırovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq olunan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Məhkəmədə məlum olub ki, iş üzrə təqsirləndirilən Akif Bağırovun 71 yaşı var. Azadlığa çıxarmağa çalışdığı Mahir isə onun kürəkənidir. Müttəhimə bu işin müsbət həlli üçün xarici xüsusi xidmət orqanları tərəfindən 310 min manat pul göndərilib.
O, həmin pulu rüşvət kimi verib Mahiri azadlığa çıxarmağı planlaşdırıb. Lakin bütün cəhdlərinə baxmayaraq Bağırov pulu işi həll etməli olan vəzifəli şəxsə ötürə bilməyib. DTX-nin ayıq-sayıqlığı nəticəsində cinayət ifşa edilib.
Prosesdə A.Bağırov deyib ki, Mahirin azadlığa çıxması üçün müxtəlif vaxtlarda rəsmi müraciətlər etsə də, müsbət cavab ala bilməyib. Amma hansısa vəzifəli şəxsə pul verib bu işi həll etməyə çalışması da düzgün deyil.
Mahirə Kərimovanın sədrlik etdiyi məhkəmə kollegiyası ittiham və müdafiə tərəfini və şahidləri dinlədikdən sonra yekunda verilmiş ittihamları sübuta yetirilmiş hesab ediblər.
Hökmə əsasən, Akif Bağırov dövlətə xəyanətdə və rüşvət verməyə cəhd etməkdə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, qocalıq dövrünü ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.