SON DƏQİQƏ! Ağır qəza: Xeyli sayda yaralı var
09 Mart 2026, 22:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
566
29.12.2025, 02:32
Xalq artisti Ağadadaş Ağayevin keçmiş xanımı məhkəməyə üz tutub.
Oxu24.com "Teleqraf" istinadən xəbər verir ki, Lalə Əliyeva sənətçi ilə boşandıqdan sonra 2018-ci ildə tərəflər arasımda bağlanılan barışıq sazişinin etibarsız hesab edilməsini istəyib.
Əliyeva iddia ərizəsində qeyd edib ki, o, Ağadadaş Ağayevlə boşandıqdan sonra, birgə nikah dövründə olan əmlakın bölünməsi ilə əlaqədar məhkəməyə müraciət edib.
O, Xalq artistinə qarşı iddia qaldıraraq, “Büsat" şadlıq sarayının, "Vüsal" kafesinin, eləcə də, idman kompleksinin birgə nikah dövründə əldə olunduğundan bölünməsini məhkəmədən xahiş edib.
Tərəflər arasında 7 il öncə təsdiqlənən, barışıq sazişinə əsasən Lalə Əliyeva Mərdəkanda yerləşən villadan, eyni zamanda digər əmlak hüquqlarından imtina edib, Ağadadaş Ağayev isə bankdan götürülən 86 716 ABŞ dollar və 14 299 manat kredit borclarını ödəməyi öz üzərinə götürüb. Sənətçi eyni zamanda Mərdəkandakı villada olan hüquqlarından imtina edəcəyini bildirib.
Lalə Əliyeva bildirib ki, dəyəri milyonlarla ölçülən Mərdəkandakı fərdi yaşayış evi uzun illər əvvəl qızlarına alınıb və qızlarının doğum günündə - 2003-cü il tarixdə hədiyyə olaraq evin təməli atılıb:
"2018-ci ildəki məhkəmədə prosesi Ağadadaş Ağayev təklif etdi ki, kredit borcunu ödəsin və ev banka keçməsin. Dedi ki, onsuz da bu bağ evi qızlarımındır. Amma bildirdi ki, hansısa sənədləşmə və kredit işləri ilə əlaqədar onun adına olması lazımdır, yaxın gələcəkdə qızlarına bağışlayacağını, digər əmlakları isə bütün övladları arasında ədalətli şəkildə böləcəyini bildirdi. Mən də Ağadadaş Ağayevin vədlərinə inanaraq barışıq sazişini imzalamağa məcbur oldum".
Lalə Əliyevanın sözlərinə görə, o, barışıq sazişinə öz sərbəst iradəsinin əleyhinə olaraq birinci qrup əlil qızı, nəvələri və böyük bir ailə ilə evsiz-eşiksiz qalmamaq üçün, eyni zamanda qarşı tərəfin yalan vədlərinə aldanaraq imza atıb:
Həmçinin oxuyun
"Lakin qərardadın qəbulundan xeyli
vaxt keçməsinə baxmayaraq, Ağadaş Ağayev verdiyi vədlərin heç birinə əməl etmədi. Əksinə gələcəkdə qızına verəcəyini vəd etdiyi bağ sahəsini indiki
həyat yoldaşının adına keçirib. Ağlıma gəlməzdi ki, qızımın atası ona məxsus bağ sahəsini yeni həyat yoldaşına bağışlayacaq".
Xalq artistinin keçmiş xanımı yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən 2018-ci il tarixli qərardad ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız hesab edilməsini xahiş edib.
Məhkəmə isə iş materiallarını araşdırıb,
toplanmış sübutlara hüquqi qiymət verərək hesab edib ki, iddia tələbləri təmin edilməməlidir.
Belə ki, tərəflər arasında bağlanılmış barışıq sazişində Lalə Əliyeva Mərdəkandakı bağ evi üzərində Ağadadaş Ağayevin xüsusi mülkiyyət hüqunu tanıyıb və keçmiş ərinin xeyrinə evdən imtina edib.
Odur ki, bu saziş əsasında qəbul edilən məhkəmə qərardadı fərdi yaşayış evinə dair çıxarışın verilməsi üçün əsasdır.
Qeyd edək ki, məhkəmə prosesində nə Ağadadaş Ağayevin özü, nə də nümayəndəsi iştirak edib. Məhkəmə onların iştirakı olmadan prosesə baxılmasını mümkün hesab edib.
23:49 / 09 Mart 2026
1
23:49 / 09 Mart 2026
12
23:46 / 09 Mart 2026
14
23:42 / 09 Mart 2026
52
23:29 / 09 Mart 2026
225
23:27 / 09 Mart 2026
93
23:23 / 09 Mart 2026
31
23:18 / 09 Mart 2026
32
23:15 / 09 Mart 2026
40
23:13 / 09 Mart 2026
40
23:07 / 09 Mart 2026
36
23:02 / 09 Mart 2026
172
22:59 / 09 Mart 2026
42
22:55 / 09 Mart 2026
35
22:43 / 09 Mart 2026
460
22:34 / 09 Mart 2026
45
22:32 / 09 Mart 2026
41
22:21 / 09 Mart 2026
63
22:17 / 09 Mart 2026
59
22:06 / 09 Mart 2026
864
21:57 / 09 Mart 2026
59
21:53 / 09 Mart 2026
71
21:51 / 09 Mart 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.