"Bandotdel"in tutduğu şəxsi Mehdiyevin qızı ilə nə BAĞLAYIR?
14 Noyabr 2026, 21:11
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
781
17.12.2025, 12:27
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb edilən və barəsində axtarış elan olunan Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb.
Oxu24.com Gununsesi.info-ya istinadən xəbər verir ki, A. Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gedib və İstanbulda qalırmış.
Abbas Abbasov Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub. Bildirilib ki, o, cinayət məsuliyyətinə cəlb olunacağını əvvəlcədən bildiyi üçün Türkiyəni təcili tərk edib.
Məsələ ilə bağlı Abbas Abbasovun oğlu, sabiq deputat Aydın Abbasov isə telefon zənglərini və mesajları cavabsız qoyub.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul olunub, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiyada yaşamağa başlayıb.
14:02 / 15 Noyabr 2026
7
13:27 / 15 Noyabr 2026
141
12:55 / 15 Noyabr 2026
875
12:36 / 15 Noyabr 2026
258
12:28 / 15 Noyabr 2026
113
12:11 / 15 Noyabr 2026
109
11:52 / 15 Noyabr 2026
163
11:43 / 15 Noyabr 2026
102
11:29 / 15 Noyabr 2026
120
11:20 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
117
11:10 / 15 Noyabr 2026
112
11:07 / 15 Noyabr 2026
675
10:50 / 15 Noyabr 2026
120
10:25 / 15 Noyabr 2026
270
10:21 / 15 Noyabr 2026
114
10:18 / 15 Noyabr 2026
109
10:12 / 15 Noyabr 2026
140
09:35 / 15 Noyabr 2026
525
07:35 / 15 Noyabr 2026
238
05:50 / 15 Noyabr 2026
156
01:35 / 15 Noyabr 2026
169
01:10 / 15 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.