Azərbaycanda ildırım düşdü: Ölən var
24 May 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1712
21.10.2025, 14:48
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə bəzi təfərrüat məlum olub.
Oxu24.com APA-ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ramiz Mehdiyevin ətrafında aparılan kompleks əməliyyat-texniki tədbirlər onunla bağlı cinayət işi başlamamışdan xeyli əvvələ təsadüf edir.
Belə ki, Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı mövcuddur.
Bu həftə isə Ramiz Mehdiyevin vəkilləri onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər.
Bu məqsədlə onlar DTX-dəki cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.
Məlumata görə, rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, “Şərq-Qərb” nəşriyyatı və digər ünvanlarda aparılan axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib.
Mediada yayımlanan məlumatlarda Ramiz Mehdiyevin vəkili kimi yalnız Zaur Abıyevin adı bildirilir. Əslində isə Mehdiyevin bir yox, 3 vəkili var imiş. Beləliklə, Mehdiyev özünə daha iki vəkil tutub. Hələlik digər iki vəkilin adı ictimaiyyətə açıqlanmır.
Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də Ramiz Ənvər oğlu Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyevə DTX-də başlanmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.
00:05 / 25 May 2026
94
00:01 / 25 May 2026
198
00:01 / 25 May 2026
160
23:58 / 24 May 2026
141
23:36 / 24 May 2026
334
23:32 / 24 May 2026
337
23:23 / 24 May 2026
163
23:13 / 24 May 2026
200
23:13 / 24 May 2026
453
23:03 / 24 May 2026
219
22:43 / 24 May 2026
81
22:18 / 24 May 2026
95
22:04 / 24 May 2026
349
21:40 / 24 May 2026
171
21:39 / 24 May 2026
923
21:30 / 24 May 2026
165
20:41 / 24 May 2026
127
20:19 / 24 May 2026
116
20:11 / 24 May 2026
97
19:39 / 24 May 2026
213
19:09 / 24 May 2026
403
18:55 / 24 May 2026
222
18:37 / 24 May 2026
425
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.