DİN açıqlama yaydı: Silahlar tapılıb
15 Dekabr 2025, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
4453
19.05.2025, 13:08
Terror qruplaşmasının fəaliyyətində iştirak edən şəxslər saxlanılaraq ölkəyə gətiriliblər.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilib.
Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilib.
DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilib.
Həmçinin oxuyun
Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları – Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunub.
Cinayətkar dəstənin üzvləri – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
17:51 / 15 Dekabr 2025
1
17:37 / 15 Dekabr 2025
161
17:14 / 15 Dekabr 2025
35
17:08 / 15 Dekabr 2025
40
16:59 / 15 Dekabr 2025
86
16:49 / 15 Dekabr 2025
365
16:40 / 15 Dekabr 2025
81
16:26 / 15 Dekabr 2025
93
16:16 / 15 Dekabr 2025
71
15:55 / 15 Dekabr 2025
145
15:45 / 15 Dekabr 2025
415
15:20 / 15 Dekabr 2025
568
15:17 / 15 Dekabr 2025
97
15:00 / 15 Dekabr 2025
480
14:53 / 15 Dekabr 2025
1736
14:48 / 15 Dekabr 2025
74
14:39 / 15 Dekabr 2025
82
14:19 / 15 Dekabr 2025
530
14:13 / 15 Dekabr 2025
274
14:11 / 15 Dekabr 2025
82
13:00 / 15 Dekabr 2025
800
12:42 / 15 Dekabr 2025
1208
12:36 / 15 Dekabr 2025
75
11:45 / 15 Dekabr 2025
139
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.