Qaynar xətt:

(+99450) 247 90 86

Şəkidə narkokuryerlik edən şəxs tutuldu - FOTO

Şəkidə narkokuryerlik edən şəxs tutuldu - FOTO

KRİMİNAL

217

02.10.2024, 10:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 yaşlı Ramal Eyubov Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ondan 1 kiloqram 270 qram heroin və 2 kiloqram 300 qram marixuana aşkar olunub. Araşdırmalarla R.Eyubovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən həmin narkotik vasitələri sifariş əsasında Qazax rayonuna çatdırmalı və bunun qarşılığında maddi gəlir əldə etməli imiş.

Məhkəmənin qərarı ilə R.Eyubov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.