Qaynar xətt:

(+99450) 247 90 86

Sabirabad sakini Şirvanda külli miqdarda heroinlə tutuldu

Sabirabad sakini Şirvanda külli miqdarda heroinlə tutuldu

KRİMİNAL

355

30.09.2024, 15:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ağaqulu Tağıyev saxlanılıb.

Oxu24.com xəbər verir ki, onun üzərindən 2 kiloqramdan artıq heroin aşkar edilib.

Araşdırmalar zamanı A.Tağıyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan iranlı narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.