Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir
24 Noyabr 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
529
17.07.2024, 14:44
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində internet üzərindən vətəndaşların pul vəsaitlərini ələ keçirən Əhməd Məmmədov və Etibar Vəliyev saxlanılıblar.
DİN-dən bildirilib ki, həmin şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar vətəndaşların kart məlumatlarını ələ keçirmək məqsədilə müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin nəqliyyat vasitələrinin dəyərindən qat-qat ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdiriblər.
Daha sonra isə onlara zəng edən müştərilərlə satış qiyməti barədə razılığa gələrək alıcıların kart məlumatlarını əldə ediblər. Həmin şəxslərin pul vəsaitlərini “Card to card” əməliyyat sistemi ilə hesablarına köçürüblər.
Araşdırmalar zamanı saxlanılan şəxslərin 80-ə yaxın vətəndaşa maddi ziyan vurduqları məlum olub.
Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əhməd Məmmədov və Etibar Vəliyevin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
21:54 / 24 Noyabr 2026
20
21:36 / 24 Noyabr 2026
57
21:32 / 24 Noyabr 2026
59
21:26 / 24 Noyabr 2026
54
21:20 / 24 Noyabr 2026
69
21:18 / 24 Noyabr 2026
61
21:03 / 24 Noyabr 2026
77
20:59 / 24 Noyabr 2026
79
20:55 / 24 Noyabr 2026
361
20:50 / 24 Noyabr 2026
107
20:45 / 24 Noyabr 2026
72
20:40 / 24 Noyabr 2026
81
20:34 / 24 Noyabr 2026
101
20:32 / 24 Noyabr 2026
104
20:30 / 24 Noyabr 2026
95
20:30 / 24 Noyabr 2026
106
20:26 / 24 Noyabr 2026
655
20:20 / 24 Noyabr 2026
95
20:05 / 24 Noyabr 2026
104
20:02 / 24 Noyabr 2026
97
19:57 / 24 Noyabr 2026
311
19:47 / 24 Noyabr 2026
138
19:39 / 24 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.