Bu baş versə neftin qiyməti 100 dolları ötəcək - EKSPERT
30 Yanvar 2026, 18:14
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
714
17.01.2020, 12:54
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “GünayBank” sədrinin keçmiş müavini Emin Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Növbəti iclasda zərərçəkmişlərin E.Zeynalova qarşı mülki iddialarına baxılıb.
Əvvəlcə ifadə verən zərərçəkmiş Rəşad Qərib Rüfət Kərimov vasitəsilə E.Zeynalova 200 min dollar verdiyini və ondan faiz kimi 80 min dollar aldığını bildirib. Ancaq sonra nə faiz olub, nə də əsas əmanətin geri qaytarılması. Bu zaman Qərib inandırmaq istəyib ki, özünün bankirlə tanışlığı olmayıb və onunla şəxsən ünsiyyət saxlamayıb.
Zərərçəkmiş kimi çıxış edən Rövşən Əlizadə də E. Zeynalovun fırıldaqlarına 200 min dollar sərmayə qoyub. Amma onun bəxti daha az gətirib. Belə ki, bu məbləğin faizi olaraq o, cəmi 25 min ala bilib. Sonra digər "əmanətçilər"də olduğu kimi hər şey dayanıb.
Hər iki zərərçəkmiş keçmiş bankirdən pullarının qaytarılmasını tələb edir.
Ramil Soltanovun isə E.Zeynalovla tanışlığı dini zəmində baş verib. Belə ki, hər ikisi özünü inanclı müsəlman hesab edir, vaxtaşırı məscidə gedirdi. Elə tanışlıqları da orada olmuşdu. Amma görünür, Quranın haram pulu günah buyurması onları qorxutmayıb.
Emin Zeynalov
R.Soltanov məhkəmədə bildirib: "Emin bir dəfə dedi ki, əlavə pul qazanmaq üçün imkan yarada bilər. Bunu dostum İlkin Nuriyevə dedim. O, təklifi bəyəndi və Zeynalov üçün mənə hissə-hissə pul verməyə başladı. 2016-cı ildən İlkin ümumilikdə 750 min dollar pul verdi. Bundan sonra Emin “GünayBank”da işləməyə başladı, bankın bütün valyutadəyişmə məntəqələri onun nəzarətində idi və buna görə biz ona daha çox etibar etməyə başladıq. Nuriyev pullarını əmanət etdiyi müddət ərzində Emin ona 550 min dollar ödəyib. Lakin sonra bankir problem yaşamağa başladı və qalan məbləği mən verməli oldum, çünki Nuriyevi Zeynalova mən calamışdım. Nəticədə İlkin Qızılqum qəsəbəsindəki torpaq sahəmi və “Range Rover” markalı avtomobilimi 150 min manatın əvəzinə əlimdən aldı. Emin, əslində məni demək olar ki, müflis etdi. Hələ də borc içindəyəm...".
Həmçinin oxuyun

İlkin Nuriyevin özünün məhkəməyə niyə gəlmədiyi barədə suala cavabında R. Soltanov bildirib ki, dostu Bakıdakı 1 nömrəli psixiatrik dispanserdə müalicə olunur.
Sonra Zeynalovun özü söz alıb və guya ondan 200 manat tələb edən konvoylardan şikayətlənib. Hakim Əfqan Hacıyev bunu araşdıracağına söz verib. Lakin prosesdən sonra vəkil Kamandar Nəsibov virtualaz.org-un əməkdaşına zəng edərək konvoylarla bağlı məsələnin həll olunduğunu və buna görə məhkəmədə baş verən insidenti ictimaiyyətə açıqlamağa ehtiyac olmadığını bildirdi. Guya bunu E. Zeynalovun valideynləri xahiş ediblər.
Xatırladaq ki, ittihama görə, Emin Zeynalov bankdan kənarda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın milyonlarla pulunu mənimsəməkdə təqsirləndirilir. Bildirilir ki, Emin Zeynalov vətəndaşları aldadaraq on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 3-6 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası “Forex”ə yatıraraq ziyana düşdüyü məlum olub.
Cinayət işində zərərçəkən kimi 18 nəfərin adı keçir. Qeyd edilir ki, E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurlar da var. (virtualaz.org)
17:55 / 01 Fevral 2026
1
17:21 / 01 Fevral 2026
80
17:19 / 01 Fevral 2026
32
17:04 / 01 Fevral 2026
60
16:49 / 01 Fevral 2026
201
16:47 / 01 Fevral 2026
45
16:26 / 01 Fevral 2026
168
16:14 / 01 Fevral 2026
138
16:06 / 01 Fevral 2026
103
15:51 / 01 Fevral 2026
128
15:30 / 01 Fevral 2026
838
14:59 / 01 Fevral 2026
138
13:45 / 01 Fevral 2026
85
13:27 / 01 Fevral 2026
68
13:20 / 01 Fevral 2026
100
13:13 / 01 Fevral 2026
76
13:00 / 01 Fevral 2026
124
12:54 / 01 Fevral 2026
374
12:28 / 01 Fevral 2026
1242
12:04 / 01 Fevral 2026
72
11:59 / 01 Fevral 2026
722
11:44 / 01 Fevral 2026
102
11:15 / 01 Fevral 2026
520
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.