Dövlətin borcu 7 faiz azalıb
27 İyul 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
85
27.07.2026, 11:35
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində elmi və rəqəmsal inkişafımız üçün strateji əhəmiyyət kəsb edən Süni İntellekt İnstitutu yaradılır. Universitetin Elm Departamentinin direktoru Əli Əlizadənin sözlərinə görə, bu mərkəzin əsas missiyası fundamental və tətbiqi tədqiqatları bir araya gətirmək, ölkədə davamlı elmi məktəb formalaşdırmaqdır. Ölkəmizdə belə bir institutun təsis olunması yalnız qlobal texnoloji trendlərlə ayaqlaşmaq deyil, həm də daxili rəqəmsal ekosistemin tələblərindən doğan mühüm addımdır. İndiyə qədər süni intellekt sahəsindəki fəaliyyətlər daha çox dağınıq startaplar və fərdi təşəbbüslər çərçivəsində məhdudlaşırdı. Yaranacaq yeni qurum isə akademik mühitlə sənayeni vahid platformada görüşdürmək imkanı verəcək. Bəs Azərbaycanda bu institutun yaradılması hansı real ehtiyaclardan irəli gəlir və hazırda sahədə hansı əsas boşluqlar mövcuddur?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən İT mütəxəssisi bildirib ki, ölkədə vahid elmi çətirin olmaması bu sahənin sistemli inkişafını ləngidən əsas faktorlardan biri idi:
"Bu vaxta qədər süni intellekt sahəsindəki fəaliyyətlər daha çox pərakəndə təşəbbüslər, fərdi startaplar və ya məhdud tədqiqat qrupları şəklində mövcud idi. Akademiyanı real sənaye ilə birləşdirən vahid elmi çətirə böyük ehtiyac duyulurdu”.
Onun sözlərinə görə, hazırda ölkəmizdə bu sahədə mövcud olan ən böyük boşluqlardan biri dərin alqoritmik biliklərə sahip, akademik dərəcəli kadrların çatışmazlığı və Azərbaycan dili üçün böyük dil modelləri (LLM) ilə təbii dil emalı (NLP) resurslarının kifayət qədər zəngin olmamasıdır
“Xarici alətlər dilimizi və yerli konteksti tam dəqiqliklə əhatə edə bilmədiyi üçün milli süni intellekt həllərinin sıfırdan işlənilməsi həyati əhəmiyyət daşıyır”.
Elvin Abbasov əlavə edib ki, yeni yaradılan İnstitut həm yerli elmi potensialı bir mərkəzdə toplayaraq 'beyin axını'nın qarşısını almağa, həm milli rəqəmsal resurslarımızı zənginləşdirməyə, həm də energetika, neft-qaz və mühəndislik kimi real sənaye sahələrinin rəqəmsal transformasiyasına elmi əsaslı töhfə verməyə xidmət edəcək.
Çimnaz Telmanqızı
13:59 / 27 İyul 2026
12
13:55 / 27 İyul 2026
17
13:50 / 27 İyul 2026
29
13:47 / 27 İyul 2026
28
13:40 / 27 İyul 2026
48
13:30 / 27 İyul 2026
48
13:15 / 27 İyul 2026
54
12:59 / 27 İyul 2026
56
12:45 / 27 İyul 2026
56
12:45 / 27 İyul 2026
62
12:38 / 27 İyul 2026
68
12:30 / 27 İyul 2026
55
12:29 / 27 İyul 2026
64
12:25 / 27 İyul 2026
62
12:21 / 27 İyul 2026
60
12:15 / 27 İyul 2026
66
11:55 / 27 İyul 2026
73
11:52 / 27 İyul 2026
69
11:35 / 27 İyul 2026
60
11:14 / 27 İyul 2026
80
11:10 / 27 İyul 2026
67
11:06 / 27 İyul 2026
61
10:52 / 27 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.