Azərbaycan nefti 10 dollara yaxın ucuzlaşıb
07 May 2026, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
74
08.05.2026, 22:14
Azərbaycanda heyvandarlıq sektorunun strukturunu kökündən dəyişəcək, eyni zamanda ət bazarında ciddi qiymət dalğalanmalarına səbəb ola biləcək yeni tənzimləmə addımları atılır. Heyvanların kəsilməsi üçün minimum yaş və ya çəki həddinin müəyyən edilməsi təşəbbüsü, ilk baxışda sadə bir inzibati qərar kimi görünsə də, əslində sahənin gələcəyini müəyyən edən strateji bir gedişdir. Bu yanaşmanın əsas məqsədi erkən kəsim hallarının qarşısını almaq, heyvanların bioloji potensialından maksimum istifadə etmək və bazara daha optimal çəkidə, keyfiyyətli məhsul çıxarmaqdır. Lakin islahatın tətbiqi həm fermerlər, həm də istehlakçılar üçün bir sıra həssas məqamları gündəmə gətirir.
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Asif İbrahimov qeyd edib ki, bu tənzimləmə fermerləri daha peşəkar və məhsuldar yanaşmaya sövq edəcək: "Minimum yaş və ya çəki tələbi fermerləri heyvanları daha uzun müddət bəsləməyə təşviq edəcək ki, bu da birbaşa karkas çəkisinin yüksəlməsinə və ət istehsalının artmasına səbəb olacaq. Bu yanaşma seleksiya işlərinə, yem bazasının təkmilləşdirilməsinə və müasir bəsləmə texnologiyalarına marağı artıraraq sektorun dayanıqlı inkişafına təkan verə bilər. Uzunmüddətli perspektivdə bu, bazarın strukturlaşması üçün müsbət addımdır".
Həmçinin oxuyun
Ekspertin sözlərinə görə, islahatın ilkin mərhələsində bazarda qiymət təzyiqlərinin yaranması qaçılmazdır: "Qısa müddətli dövrdə ət qiymətlərində artım riski var. Erkən kəsimlərin məhdudlaşdırılması səbəbindən təklif müvəqqəti azalacaq, eyni zamanda fermerlərin yem, saxlanma və baytarlıq xərcləri artdığı üçün məhsulun maya dəyəri yüksələcək. Lakin bu, keçid dövrünün çətinliyidir. Orta və uzun müddətdə daha iriçəkili heyvanların bazara çıxması ümumi təklifi artıracaq və effektiv istehsal sayəsində qiymətlərin sabitləşməsi mümkün olacaq".
Asif İbrahimovun fikrincə, kiçik fermerlərin maliyyə yükü və yem bazasının vəziyyəti xüsusi diqqətdə saxlanılmalıdır. Əgər nəzarət mexanizmləri düzgün qurulmazsa, bu qərar qeyri-rəsmi kəsim hallarına və bazarın kölgəyə çəkilməsinə yol aça bilər. İqtisadçı vurğulayır ki, uzunmüddətli inkişaf üçün bu tənzimləmə vacib olsa da, fermerlərin artan xərcləri mütləq nəzərə alınmalı və onlara paralel olaraq ciddi dövlət dəstəyi mexanizmləri tətbiq edilməlidir.
23:25 / 08 May 2026
18
23:17 / 08 May 2026
11
22:47 / 08 May 2026
147
22:38 / 08 May 2026
44
22:28 / 08 May 2026
178
22:13 / 08 May 2026
46
22:06 / 08 May 2026
49
21:59 / 08 May 2026
48
21:48 / 08 May 2026
944
21:39 / 08 May 2026
202
21:29 / 08 May 2026
73
21:10 / 08 May 2026
174
20:52 / 08 May 2026
247
20:48 / 08 May 2026
113
20:36 / 08 May 2026
70
20:18 / 08 May 2026
80
20:07 / 08 May 2026
82
19:48 / 08 May 2026
76
19:39 / 08 May 2026
147
19:29 / 08 May 2026
102
19:16 / 08 May 2026
109
19:05 / 08 May 2026
263
18:57 / 08 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.