Qaynar xətt:

(+99450) 247 90 86

Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi 

Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi 

İQTİSADİYYAT

246

18.04.2026, 22:59

Abşeron rayonunun Xırdalan şəhərində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Oxu24.com  xəbər verir ki, hadisə şəhərin 27-ci məhəllə ərazisində qeydə alınıb.

 

Məlumata görə, yolu qarşı tərəfə keçmək istəyən 9 yaşlı uşaq hərəkətdə olan “Toyota” markalı minik avtomobilinin vurması nəticəsində ağır xəsarət alıb.

 

Azyaşlı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi üzrə araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır./teleqraf