Qaynar xətt:

(+99450) 247 90 86

Hörmüz boğazına görə Azərbaycanda bu məhsullar bahalaşdı 

Hörmüz boğazına görə Azərbaycanda bu məhsullar bahalaşdı 

İQTİSADİYYAT

84

05.04.2026, 23:14

Hörmüz boğazındakı gərginlik avtomobil yağları bazarına da təsirsiz ötüşmür. Xüsusən də Avropadan gələn

bəzi yağ markalarında qiymət artımı qeydə alınıb.

Oxu24.com  Xezerxeber.az-a istinadən xəbər verir ki, sektor iştirakçıları bildirirlər ki, əvvəllər 100 manata satılan bəzi

məhsullar indi 120-125 manata təklif olunur. Bu artım bütün bazara aid edilməsə də, ayrı-ayrı markalar üzrə

bahalaşmanın başladığı qeyd olunur.

Bazarın bütün seqmentlərində isə eyni mənzərə yoxdur. Bəzi servis və satış nöqtələrində qiymətlər hələ dəyişməyib. Bunun əsas səbəbi mövcud ehtiyatların əvvəlki qiymətlərlə alınmasıdır. Ancaq bəzi məhsulların tükənməsi yaxın dövrdə artımın daha geniş hiss olunacağı ehtimalını gücləndirir.

Mütəxəssislərin sözlərinə görə, bahalaşma hazırda daha çox Avropa mənşəli bəzi məhsullarda hiss olunur. Digər istiqamətlər üzrə vəziyyət hələ sabitdir.

Hörmüzdə risk uzandıqca əsas təzyiq ilk növbədə yeni idxal partiyalarında görünür. Başqa sözlə, gərginlik davam edərsə, bazarda əvvəlcə qıtlıq, daha sonra isə daha geniş qiymət artımı müşahidə oluna bilər.