Fermerlərə ŞAD XƏBƏR!
10 İyun 2026, 14:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
550
05.04.2026, 23:02
Hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bir çox bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur.
BDYPİ-dən Oxu24.com-a verilən məlumata görə, belə hava şəraiti yol örtüyünün sürüşkən olmasına, əyləc məsafəsinin artmasına və sürücülərin nəqliyyat vasitəsinə nəzarət imkanlarının zəifləməsinə səbəb olur ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, bu cür hava şəraitində həm sürücülər, həm də piyadalar tərəfindən daha diqqətli və məsuliyyətli davranılması xüsusi əhəmiyyət kəsb edir.
Sürücülərə tövsiyə olunur:
• Sürəti yol və hava şəraitinə uyğun seçsinlər, qəfil manevr və kəskin əyləcləmələrdən çəkinsinlər;
• Nəqliyyat vasitələri arasında ara məsafəni artıraraq təhlükəsiz hərəkəti təmin etsinlər;
• İşıqlandırma sistemlərinin sazlığını yoxlasınlar;
• Yağış zamanı yaranan su yığıntıları və sürüşkən sahələrdə ehtiyatlı hərəkət etsinlər;
• Piyada keçidlərinə yaxınlaşarkən sürəti əvvəlcədən azaltsınlar və piyadalara üstünlük versinlər.
Piyadalara da xatırladılır ki:
• Yolu yalnız müəyyən edilmiş yerlərdən keçsinlər;
• Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin yaxınlaşıb-yaxınlaşmadığına əmin olsunlar;
• Yağıntılı hava şəraitində sürücülərin onları vaxtında görməsinin çətinləşdiyini nəzərə alsınlar;
• Tələsik və qəfil hərəkətlərdən çəkinərək öz təhlükəsizliklərinə xüsusi diqqət yetirsinlər.
BDYPİ bir daha diqqətə çatdırır ki, əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına əməl olunmaması ağır nəticələrə səbəb ola bilər.
14:41 / 10 İyun 2026
1
14:34 / 10 İyun 2026
12
14:30 / 10 İyun 2026
22
14:25 / 10 İyun 2026
23
14:25 / 10 İyun 2026
29
14:15 / 10 İyun 2026
36
14:14 / 10 İyun 2026
73
14:12 / 10 İyun 2026
35
13:55 / 10 İyun 2026
42
13:44 / 10 İyun 2026
62
13:35 / 10 İyun 2026
62
13:31 / 10 İyun 2026
59
13:27 / 10 İyun 2026
59
13:23 / 10 İyun 2026
458
13:15 / 10 İyun 2026
85
13:12 / 10 İyun 2026
70
12:54 / 10 İyun 2026
1378
12:52 / 10 İyun 2026
61
12:48 / 10 İyun 2026
84
12:43 / 10 İyun 2026
81
12:38 / 10 İyun 2026
74
12:29 / 10 İyun 2026
570
12:27 / 10 İyun 2026
261
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.