Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
12 Noyabr 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
739
05.04.2026, 18:39
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Gerçək vəd – 4” adlı hərbi əməliyyatın 96-cı mərhələsini icra etdiyini açıqlayıb. Bildirilib ki, bu çərçivədə İsrail və ABŞ-nin regiondakı bazalarına pilotsuz uçuş aparatları (PUA) və raket zərbələri endirilib.
Oxu24.com -ın məlumatına görə, bu barədə SEPAH rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, İsrailin hərbi təyyarələrini yanacaqla təmin edən Hayfadakı neft emalı zavodu hədəfə alınıb və obyektin əsas hissəsi ciddi zərər görüb.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində yerləşən, ölkənin əsas enerji mərkəzlərindən biri sayılan və dünyanın ən iri neft-qaz emalı komplekslərindən olan Həbşanda ABŞ-yə məxsus “ExxonMobil” və “Chevron” şirkətlərinə qarşı hücum həyata keçirildiyi bildirilib.
Məlumata əsasən, Ər-Rüveys bölgəsində yerləşən və ABŞ silahlı qüvvələrinə yanacaq, həmçinin İsrail üçün hərbi məhsullar istehsal edən Amerika neft-kimya zavodu raket zərbəsi ilə vurulub, nəticədə genişmiqyaslı yanğın baş verib.
SEPAH həmçinin bəyan edib ki, ABŞ-nin Bəhreynin Sitrə adasında yerləşən neft-kimya müəssisəsinə PUA hücumu edilib və orada da yanğın qeydə alınıb. Eyni zamanda, Küveytin Əş-Şueyba liman şəhərindəki neft-kimya obyektlərinə hücumdan sonra kompleksin fəaliyyətinin dayandırıldığı vurğulanıb.
Qurumdan əlavə edilib ki, mülki obyektlərə qarşı hücumlar davam edərsə, əməliyyatın növbəti mərhələsi daha genişmiqyaslı və daha sərt olacaq.
17:19 / 12 Noyabr 2026
1
16:25 / 12 Noyabr 2026
69
16:21 / 12 Noyabr 2026
91
15:55 / 12 Noyabr 2026
85
15:36 / 12 Noyabr 2026
386
15:15 / 12 Noyabr 2026
136
15:12 / 12 Noyabr 2026
85
14:15 / 12 Noyabr 2026
147
14:04 / 12 Noyabr 2026
405
13:59 / 12 Noyabr 2026
334
13:55 / 12 Noyabr 2026
121
13:45 / 12 Noyabr 2026
234
13:36 / 12 Noyabr 2026
313
13:29 / 12 Noyabr 2026
143
13:21 / 12 Noyabr 2026
160
13:20 / 12 Noyabr 2026
183
13:18 / 12 Noyabr 2026
569
13:16 / 12 Noyabr 2026
183
13:07 / 12 Noyabr 2026
490
13:04 / 12 Noyabr 2026
122
13:00 / 12 Noyabr 2026
134
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.