Neftin qiyməti dəyişdi
13 Noyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
694
12.03.2026, 15:45
"Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə edəcəklər".
Oxu24.com xəbər verir ki, bu fikirləri "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev deyib.
O bildirib ki, bu addım fırıldaqçılıq hallarının və risklərinin əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcək:
"Eyni zamanda, Mərkəzi Bank maliyyə bazarlarında bazar davranışlarının hüquqi tənzimlənməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq xarici ekspertlərin cəlb edilməsi ilə maliyyə institutlarının bazar davranışlarına dair metodoloji rəhbərlik layihəsi hazırlanıb.
Bu sənəd maliyyə sektorunda təkcə banklar üçün deyil, ümumilikdə maliyyə sektorunda şəffaflıq və ədalətli biznes davranışlarının təmin edilməsinə yönəlib və maliyyə institutları üçün məsuliyyətli davranış standartlarını müəyyən edir.
Bundan əlavə, Mərkəzi Bank tərəfindən qəbul edilmiş riskəsaslı nəzarət siyasətinə uyğun olaraq, bazar davranışları istiqaməti üzrə də riskəsaslı nəzarət mexanizmi üzərində iş aparılır. Bu çərçivə imkan verəcək ki, müştərilər və istehlakçılar üçün daha çox risk yaradan məhsullar, xidmətlər və ya maliyyə institutları üzrə daha intensiv nəzarət tədbirləri həyata keçirilsin"./Oxu.az
11:55 / 13 Noyabr 2026
12
11:45 / 13 Noyabr 2026
22
11:40 / 13 Noyabr 2026
42
11:21 / 13 Noyabr 2026
151
11:15 / 13 Noyabr 2026
61
11:12 / 13 Noyabr 2026
70
11:00 / 13 Noyabr 2026
65
10:50 / 13 Noyabr 2026
65
10:45 / 13 Noyabr 2026
67
10:39 / 13 Noyabr 2026
76
10:25 / 13 Noyabr 2026
92
10:22 / 13 Noyabr 2026
107
10:20 / 13 Noyabr 2026
80
10:08 / 13 Noyabr 2026
347
10:02 / 13 Noyabr 2026
85
09:51 / 13 Noyabr 2026
159
09:46 / 13 Noyabr 2026
1106
09:44 / 13 Noyabr 2026
142
09:38 / 13 Noyabr 2026
112
09:34 / 13 Noyabr 2026
160
09:33 / 13 Noyabr 2026
91
09:31 / 13 Noyabr 2026
104
01:52 / 13 Noyabr 2026
303
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.