SON DƏQİQƏ: Bu şəxslərin müavinəti dayandırılacaq
23 Yanvar 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
105
23.01.2026, 18:10
Saatlıq əməkhaqqı sisteminə keçidlə bağlı təklif hökumətə təqdim olunub və məsələ hazırda müzakirələr mərhələsindədir. Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bildirib. Yeni yanaşmanın bu ilin sonuna qədər tam şəkildə tətbiq ediləcəyi isə hələlik sual altındadır.
Maraqlıdır, saatlıq əməkhaqqı sisteminə keçid bu ilin sonuna qədər tam şəkildə mümkündürmü?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli qeyd edib ki, saatlıq ödəniş sisteminə keçid kifayət qədər çətin və mərhələli prosesdir.
Onun sözlərinə görə, hazırkı qanunvericilikdə “minimum əməkhaqqı” anlayışı aylıq əməkhaqqı üzərində qurulub və saatlıq sistemə keçid üçün bir sıra əsas anlayışların dəyişdirilməsinə ehtiyac var:
“Bu keçid üçün tək bir qanun kifayət etmir. Bir neçə qanuna paket şəklində əlavə və dəyişikliklər edilməlidir. Əmək haqqı və əmək müqaviləsi anlayışları yenidən formalaşdırılmalıdır”.
Həmçinin oxuyun
İqtisadçı bildirib ki, saatlıq əməkhaqqı sisteminin əsas prinsipləri hələ açıqlanmayıb:
“Bir saatlıq minimum əməkhaqqının nə qədər olacağı bəlli deyil. Hazırda aylıq minimum əməkhaqqı 400 manatdır. Bu məbləği iş saatlarına necə böləcəklər, yoxsa tamamilə fərqli mexanizm tətbiq olunacaq, bu suallar açıq qalır”.
Natiq Cəfərli vurğulayıb ki, bütün bu qeyri-müəyyənliklər fonunda saatlıq əməkhaqqı sisteminin qısa müddətdə, xüsusilə də bu ilin sonuna qədər tam tətbiq ediləcəyini real hesab etmir.
Qeyd edək ki, saatlıq əməkhaqqı sisteminə keçid beynəlxalq təcrübədə çevik məşğulluq modelinin bir hissəsi kimi qiymətləndirilsə də, Azərbaycanda bunun tətbiqi üçün hüquqi və institusional dəyişikliklər tələb olunur.
21:56 / 23 Yanvar 2026
46
21:53 / 23 Yanvar 2026
24
21:50 / 23 Yanvar 2026
1
21:34 / 23 Yanvar 2026
25
21:21 / 23 Yanvar 2026
86
21:19 / 23 Yanvar 2026
39
21:00 / 23 Yanvar 2026
442
20:59 / 23 Yanvar 2026
68
20:54 / 23 Yanvar 2026
50
20:46 / 23 Yanvar 2026
46
20:36 / 23 Yanvar 2026
59
20:32 / 23 Yanvar 2026
262
20:28 / 23 Yanvar 2026
58
20:23 / 23 Yanvar 2026
104
20:19 / 23 Yanvar 2026
57
20:14 / 23 Yanvar 2026
274
20:11 / 23 Yanvar 2026
55
20:08 / 23 Yanvar 2026
66
19:58 / 23 Yanvar 2026
1083
19:58 / 23 Yanvar 2026
64
19:37 / 23 Yanvar 2026
92
19:27 / 23 Yanvar 2026
99
19:17 / 23 Yanvar 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.