Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
14 Noyabr 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1678
09.01.2026, 21:22
Son illər paytaxtda və regionlarda fəaliyyət göstərən mağazalara diqqət yetirdikdə, vitrində təkcə yerli istehsal deyil, müxtəlif ölkələrdən gətirilən ət məhsullarının da yer aldığını görmək mümkündür.
Qablaşdırmalar üzərində xarici istehsalçı adları, fərqli mənşə ölkələri və idxal tarixləri alıcıların diqqətini çəkir.
Bir çox istehlakçı bu məhsulların haradan gətirildiyi, keyfiyyəti və qiymət fərqlərinin səbəbi ilə maraqlanır. Xaricdən idxal olunan ət məhsulları əksər hallarda yerli ətlə müqayisədə daha münasib qiymətə təklif olunur. Bu da bazarda alternativ seçimlərin artmasına və istehlakçıların daha ucuz məhsullara yönəlməsinə səbəb olur.
Qiymət fərqini həmin ölkələrdə heyvandarlığın sənaye üsulu ilə inkişaf etməsi, istehsal xərclərinin nisbətən aşağı olması və iri həcmli ixrac imkanları ilə əlaqələndirilir.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycana bir sıra ölkələrdən heyvan əti idxal olunur. Rəsmi məlumata görə, ölkəyə Monqolustan, Ukrayna, Braziliya, Belarus, Argentina, Hindistan, Gürcüstan, Rusiya, eləcə də digər dövlətlərdən müxtəlif növ ət məhsulları gətirilir. Bu məhsullar müvafiq nəzarət prosedurlarından keçdikdən sonra daxili bazara buraxılır.
Qeyd edək ki, idxal olunan bütün ət məhsulları sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şəkildə yoxlanılır. Yalnız təhlükəsizlik göstəricilərinə cavab verən məhsulların satışına icazə verilir. Bu isə istehlakçıların sağlamlığının qorunması baxımından əsas prioritetlərdən biri kimi göstərilir.
Hazırda mağazalarda satılan xarici mənşəli ətlərin coğrafiyası kifayət qədər genişdir. Latın Amerikasından Asiyaya, Avropadan qonşu ölkələrə qədər müxtəlif regionları əhatə edən bu idxal, Azərbaycanın ət bazarında çeşid bolluğu yaradır. İdxal ətinin bazarda payının artması həm qiymətlərin müəyyən qədər tənzimlənməsinə, həm də rəqabətin güclənməsinə təsir göstərir.
Bununla yanaşı, istehlakçıların bir qismi hələ də yerli ətə üstünlük verir və bunu dad, təzəlik və ənənəvi istehsal üsulları ilə əlaqələndirir. Digər qrup isə daha əlçatan qiymətə görə idxal olunan məhsullara maraq göstərir. Nəticədə bazarda yerli və xarici ət məhsulları arasında seçim imkanı formalaşır.
23:59 / 14 Noyabr 2026
90
23:51 / 14 Noyabr 2026
61
23:47 / 14 Noyabr 2026
73
23:33 / 14 Noyabr 2026
79
23:23 / 14 Noyabr 2026
223
23:16 / 14 Noyabr 2026
74
23:05 / 14 Noyabr 2026
309
23:01 / 14 Noyabr 2026
161
22:28 / 14 Noyabr 2026
726
22:19 / 14 Noyabr 2026
89
21:55 / 14 Noyabr 2026
114
21:32 / 14 Noyabr 2026
137
21:22 / 14 Noyabr 2026
175
21:11 / 14 Noyabr 2026
744
21:04 / 14 Noyabr 2026
884
21:02 / 14 Noyabr 2026
126
20:56 / 14 Noyabr 2026
656
20:50 / 14 Noyabr 2026
136
20:38 / 14 Noyabr 2026
132
20:23 / 14 Noyabr 2026
1312
19:54 / 14 Noyabr 2026
120
19:50 / 14 Noyabr 2026
125
19:36 / 14 Noyabr 2026
2016
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.