Onların lisenziyası ləğv edildi
14 May 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
637
05.01.2026, 23:21
Kölgə iqtisadiyyatı nədir və hansı mənfi nəticələri var?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Akif Nəsirli Oxu24.com-a açıqlamasında bildirib ki, “Kölgə iqtisadiyyatı” dedikdə gəlirlərin rəsmi uçotdan gizlədilməsi və vergidən yayındırılması başa düşülür:
“Azərbaycanda bu sahənin real həcmi ilə bağlı müxtəlif yanaşmalar var. Rəsmi mənbələr kölgə iqtisadiyyatının ÜDM-də payını nisbətən aşağı göstərsə də, bir çox iqtisadçılar və ekspertlər bunun əslində daha böyük olduğunu bildirirlər. POS terminallarının olmaması və ya qəsdən işlədilməməsi bu kölgə dövriyyəsinin əsas mexanizmlərindən biri sayılır. Nağd ödənişlər bank sistemi və vergi orqanları üçün tam görünən olmadığına görə, gəlirin bir hissəsi rəsmiləşdirilmir. Bu səbəbdən dövlət büdcəsi hər il yüz milyonlarla, hətta milyard manata çatan vergi potensialını itirir. Dəqiq olaraq “terminal bəhanəsi”nin payını ölçən rəsmi statistika yoxdur, amma nağdsız ödənişlərin genişləndirilməsi ilə vergi daxilolmalarının artması bu əlaqənin real olduğunu göstərir.
Terminal olmayan obyektlərin nağd ödənişi üstün tutmasının əsas səbəbi nəzarətdən yayınmaq imkanıdır. Nağd pul bank hesabına daxil olmadığından, sahibkar real dövriyyəni daha az göstərə bilir. Bu isə gəlir, sadələşdirilmiş vergi və ya ƏDV üzrə ödənişlərin azalması deməkdir. Bundan əlavə, bəzi sahibkarlar POS terminallar üzrə bank komissiyalarını və texniki məsələləri də bəhanə kimi irəli sürürlər. Əslində isə əsas motiv xərclərə nəzarəti itirməmək və gəlirin bir hissəsini “kölgədə” saxlamaqdır.
Nağd ödəniş sahibkar üçün qısa müddətdə daha çox qazanc yaradır. Vergi yükü azalır, pul dərhal əlində olur və rəsmi hesabatlılıq minimuma enir. Bu, xüsusilə kiçik ticarət və xidmət obyektləri üçün cəlbedici görünür. Amma nəticədə rəsmiləşdirilmiş bizneslə kölgədə işləyən biznes arasında ədalətsiz rəqabət yaranır, dövlət büdcəsi zəifləyir və ictimai xidmətlər üçün istifadə oluna biləcək vəsait azalır. Bu baxımdanu terminalın “yoxdur” bəhanəsi təkcə texniki məsələ deyil, kölgə iqtisadiyyatını qidalandıran davranış modelidir”.
Çimnaz Telmanqızı
23:30 / 14 May 2026
1
23:13 / 14 May 2026
49
23:05 / 14 May 2026
54
22:34 / 14 May 2026
61
22:30 / 14 May 2026
124
22:13 / 14 May 2026
134
21:58 / 14 May 2026
128
21:52 / 14 May 2026
70
21:41 / 14 May 2026
67
21:30 / 14 May 2026
76
21:19 / 14 May 2026
77
21:14 / 14 May 2026
75
21:07 / 14 May 2026
194
21:02 / 14 May 2026
155
20:59 / 14 May 2026
67
20:56 / 14 May 2026
91
20:54 / 14 May 2026
85
20:49 / 14 May 2026
59
20:49 / 14 May 2026
430
20:41 / 14 May 2026
264
20:35 / 14 May 2026
175
20:31 / 14 May 2026
351
20:28 / 14 May 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.