Qaynar xətt:

(+99450) 247 90 86

ƏHALİYƏ ŞAD XƏBƏR: prezident sosial müavinətlərin məbləğini artırdı – YENİ RƏQƏMLƏR

2019-04/1555339579_pul.jpg

İQTİSADİYYAT

1414

15.04.2019, 18:47

\"\" Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı sərəncam imzalayıb  
Oxu24.com-un məlumatına görə, Sərəncamda deyilir: \"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, \"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram: 1. \"Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1.1.1-ci yarımbənddə \"73” rəqəmləri \"130” rəqəmləri ilə əvəz edilsin; 1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin: \"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat II dərəcə əlilliyi olan şəxslərə — 130 manat III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”; 1.3. 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin: \"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat II dərəcə əlilliyi olan şəxslərə — 130 manat III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”; 1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin: \"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat II dərəcə əlilliyi olan şəxslərə — 130 manat III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”; 1.5. 1.1.5-ci yarımbənddə \"82” rəqəmləri \"150” rəqəmləri ilə əvəz edilsin; 1.6. 1.1.6-cı yarımbənddə \"68” rəqəmləri \"80” rəqəmləri ilə əvəz edilsin; 1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin; 1.8. 1.1.8-ci yarımbənddə \"68” rəqəmləri \"100” rəqəmləri ilə əvəz edilsin; 1.9. 1.1.9-cu yarımbənddə \"61” rəqəmləri \"100” rəqəmləri ilə əvəz edilsin; 1.10. 1.1.11.2-ci yarımbənddə \"müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri \"müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin; 1.11. 1.2.2-ci yarımbənddə \"109” rəqəmləri \"200” rəqəmləri ilə əvəz edilsin; 1.12. 1.2.3-cü yarımbənddə \"146” rəqəmləri \"300” rəqəmləri ilə əvəz edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir”