Sahil Babayev tapşırıqlar verdi -FOTOLAR
20 Noyabr 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
251
18.09.2024, 13:51
"Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. İlkin sənəddə gələn ilin dövlət və eləcə də icmal büdcə üzrə əsas göstəricilər bəyan edilib".
Oxu24.com xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ən çox diqqəti çəkən məqamlardan biri gələn il sosial istiqamətə ayrılan vəsaitlər və sosial paketinin genişlənmə imkanları ilə bağlıdır.
"Sənədə əsasən, gələn il dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn il sosial xərclər 14 faiz artırılacaq. İlkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni, sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir".
Qeyd edək ki, 2025-cü ildə dövlət büdcəsinin xərcləri 39 milyard 667 milyon manat proqnozlaşdırılır. Bunun 24 milyard 957 milyon manatı və ya 63,0 faizi cari xərclərə, 12 milyard 310 milyon manatı və ya 31,0 faizi əsaslı xərclərə, 2 milyard 399 milyon manatı və ya 6,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcək.
11:26 / 23 Noyabr 2026
1
11:24 / 23 Noyabr 2026
17
11:21 / 23 Noyabr 2026
31
11:12 / 23 Noyabr 2026
53
11:00 / 23 Noyabr 2026
85
10:50 / 23 Noyabr 2026
114
10:48 / 23 Noyabr 2026
248
10:34 / 23 Noyabr 2026
100
10:33 / 23 Noyabr 2026
84
10:29 / 23 Noyabr 2026
90
10:26 / 23 Noyabr 2026
108
10:24 / 23 Noyabr 2026
101
10:18 / 23 Noyabr 2026
88
10:10 / 23 Noyabr 2026
409
10:03 / 23 Noyabr 2026
91
09:57 / 23 Noyabr 2026
92
09:53 / 23 Noyabr 2026
97
09:46 / 23 Noyabr 2026
93
09:39 / 23 Noyabr 2026
162
09:35 / 23 Noyabr 2026
104
09:31 / 23 Noyabr 2026
223
09:19 / 23 Noyabr 2026
94
08:47 / 23 Noyabr 2026
795
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.