Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün 3 oyun var

İDMAN

1656

20.05.2018, 15:42

\"\" Bu gün Topaz Premyer Liqasında sonuncu - 28-ci tura start veriləcək.  
Oxu24.com  xəbər verir ki, ilk oyun günündə 3 oyun keçiriləcək.   “Neftçi” səfərdə “Kəpəz”in qonağı olacaq. Tərlan Əhmədovun komandası Gəncədə qələbə qazansa, mövsümü bürünc medalla başa vuracaq.   Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizədə “Zirə”ni heç-heçə də qane edir. Lakin dördüncü yeri tutmaq və avrokuboklar şansını saxlamaq üçün Samir Abasovun komandası mütləq meydanı 3 xalla tərk etməlidir.   Digər matçda isə “Səbail” “Keşlə”ni sınağa çəkəcək.   Qeyd edək ki, mövsümə sabah keçiriləcək “Qəbələ” - “Qarabağ” matçı ilə yekun vurulacaq. Paytaxtda oynanılacaq bu görüşdən sonra Peşəkar Futbol Liqası ilk üçlüyün sahiblərinə medalları təqdim edəcək.   Topaz Premyer Liqası 28-ci tur 20 may (bazar)   17:15 “Səbail” – “Keşlə” Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov AFFA nümayəndəsi: Nüvər Xasıyev Hakim-inspektor: Murad Məmmədov “Bayıl Arena”   17:15 “Kəpəz” – “Neftçi” Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev AFFA nümayəndəsi: Seymur Səlimli Hakim-inspektor: Xaqani Məmmədov Gəncə şəhər stadionu, 17:15   17:15 “Sumqayıt” – “Zirə” Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov AFFA nümayəndəsi: Namiq Məstanov Hakim-inspektor: Şahin Cəfərov “Kapital Bank Arena”